Koronavirus 19.01.2021 12:30

TƏBİB sədri vətəndaşları inanmamağa səslədi

“Çinin “SinoVac” şirkətinin istehsal etdiyi və Azərbaycanda da istifadə olunan “CoronoVAC” vaksinindən artıq Türkiyədə 1 milyondan çox tibb işçisinə vurulub və hər hansı əlavə yan təsirlər, fəsadlar müşahidə edilməyib”.

Rakus.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O qeyd edib ki, ölkəyə gətirilən hər bir partiya vaksin laboratoriya sınaqlarından keçirildikdən sonra istifadəyə qəbul edilir: “Ölkəmizə gətirilən vaksin seriyası Türkiyə Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Əczaçılıq qurumunun laboratoriyalarında iki həftəlik analiz prosesindən uğurla keçib. Bundan sonrakı növbəti partiyalar da bu qaydada yoxlanılacaq”.

R.Bayramlı koronavirus əleyhinə vaksinin yan təsirlərinin olması barədə iddialara da münasibət bildirib: “İlk mərhələdə seçdiyimiz inaktiv vaksinlərin əlavə təsirləri daha azdır. Əlavə təsirlər baş ağrısı, yüngül qızdırma və bəzən də halsızlıq ola bilər. Hər bir şəxs vaksindən sonra 30 dəqiqə müşahidə altında saxlanılır. Eyni zamanda əks təsirlər barədə onlara verilən məlumat kitabçasından istifadə etməklə ərazi üzrə poliklinikalarına müraciət edə bilərlər”.

Onun sözlərinə görə, hazırda digər vaksin istehsalçıları ilə də danışıqlar aparılır və ehtiyac olarsa digər növ vaksinlərin də ölkəyə gətirilməsi mümkün olacaq.

Koronavirusun mutasiyaya məruz qalan növünə hələ Azərbaycanda rast gəlinməsə də TƏBİB sədri qeyd edib ki, vaksin virusun bu ştammına qarşı da təsirlidir: “Azərbaycana gələn bütün şəxslərin COVID-19 testindən keçirilməsi koronavirusun mutand ştamlarının ölkəmizə girişinin qarşısını əhəmiyyətli dərəcədə alıb. Əgər belə hal aşkarlanarsa əlavə tədbirlər görüləcək və bu barədə ictimaiyyət məlumatlandırılacaq”.

R.Bayramlı həmçinin vətəndaşları sosial şəbəkələrdə TƏBİB adından yayılan yalan məlumatlara inanmamağa çağırıb: “Yalnız rəsmi məlumatlara etibar etsinlər. Səhiyyə işçiləri üçün vaksin tunel ucunda görünən işıq kimidir və hər kəsi vaksinasiya olunmağa dəvət edirəm”.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO