Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusla bağlı iyunun 15-nə olan statistik göstəriciləri təqdim edib.
Rakus.az xəbər verir ki, məlumata əsasən, Azərbaycanda hazırda reanimasiyada olan koronavirus xəstələrinin sayı 132, süni tənəffüs cihazına qoşulan koronavirus xəstələrinin sayı isə 30 nəfərdir.
Hazırda xüsusi rejimli xəstəxanalarda müalicə olunan aktiv xəstə sayı 4 463 nəfərdir
İndiyə qədər ölkəmizdə koronavirusa yoluxanların sayı 10 324, sağalanların sayı 5 739, ölənlərin sayı isə 122 nəfərə çatıb.