Təhsil Nazirliyi vakansiyaların gizlədilməsinə münasibət bildirdi
“Məktəblərdəki vakant yerlərin toplanılması zamanı aparılan araşdırmalarla məlum oldu ki, müəyyən yerlərin gizlədilməsi halları var idi”.
Rakus.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.
O deyib ki, bu fakt məlum olduqdan sonra mümkün olan yerlər müəllimlərin yerdəyişməsi müsabiqəsinə çıxarılıb:
“Qalan yerlər isə müəllimlərin işə qəbulu müsabiqəsinə təqdim olunacaq”.
Xatırladaq ki, 2020-2021-ci tədris ili üçün müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə 7539 vakant yer çıxarılacaq. Vakant yerlərin 6680-i tədrisi Azərbaycan dilində aparılan bölmə üzrədir.
Azərbaycan bölməsi üzrə ən çox vakant yerlər musiqi, daha sonra təsviri incəsənət fənləri, rus bölməsi üzrə ən çox vakant yerlər ibtidai sinif üzrədir.