“Təlimatlara riayət etməliyik” – TƏBİB rəsmisi
Restoranlarda təmizlik qaydaları da müvafiq normalara uyğun şəkildə aparılır.
Rakus.az xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, karantin qaydalarına riayət olunmadığı bütün hallar yoluxma riskinin artmasına şərait yarada bilir:
“Karantin rejiminin yumşaldılması çərçivəsində restoran və kafelərin açıq hava şəraitində və xüsusi tərtib edilən karantin qaydalarına uyğun şəkildə fəaliyyətinə icazə verilib. İaşə obyektlərinin qaydalara riayət etməsinə isə aidiyyəti orqanlar nəzarət edir. Təbii ki, laqeyd yanaşma yoluxmaların artmasına təsir göstərə bilər. Lakin əgər biz yenidən qapanmalara getmək istəmiriksə, fərd olaraq hər birimiz bu təlimatlara riayət etməliyik”.