“Keşlə” – “Sabah” görüşü başa çatdıqdan sonra qonaqların müdafiəçisi Təmkin Xəlilzadə hakimə fiziki təsir göstərməyə cəhd etdiyinə görə 5 oyunluq cəzalanıb.
Rakus.az xəbər verir ki, AFFA İntizam Komitəsinin qərarı ilə klub 4000 manat cərimə olunub. Futbolçuya verilmiş 5 matçlıq cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edilib.