Tennis yarışlarının 4-cü günü başa çatdı
İyulun 24-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının dördüncü günündə oğlanların və qızların fərdi mübarizəsində səkkizdəbir, cütlüklərin yarışında isə dörddəbir final qarşılaşmaları keçirilib.
Rakus.az xəbər verir ki, oğlanların fərdi yarışında səkkizdəbir final görüşlərində çexiyalı Mattev Villiam Donald türkiyəli Toqan Tokaçı 2:0 (6:2, 6:3), onun həmyerlisi Hinek Barton isə isveçrəli Till Brunneri 2:0 (6:1, 6:0) hesabı ilə məğlub edib. Səkkizdəbir finalın digər görüşlərində ispaniyalı Daniel Merida almaniyalı Oliver Olssonu 2:0 (6:3,6:0), latviyalı Vilius Qaubas estoniyalı Andreas Sillasteni 2:0 (6:4,6:3), rumıniyalı Andrey Voykan rusiyalı Nikita Boçkarevi 2:0 (6:3, 6:1), italiyalı Nikkolo Çiavarella israilli Ron Elluku 2:0 (6:0, 6:1) hesabı ilə məğlubiyyətə uğradıblar. Digər qarşılaşmalarda isə belçikalı Noah Merre portuqaliyalı Daniel İvanovu 2:0 (6:2, 6:3), italiyalı Daniele Miniçini rumıniyalı Alin Fatunu 2:0 (6:1, 6:4) mübarizədən kənarlaşdıraraq növbəti mərhələyə yüksəliblər.
Qızların fərdi yarışında səkkizdəbir final mərhələsində isə britaniyalı Matilda Mutavdziç portuqaliyalı Matilde Moraisi 2:0 (6:3, 6:0), isveçrəli Çelsi Fontenel rusiyalı Yekaterina Maklakovanı 2:1 (6:1, 5:7, 10:2) hesabı ilə məğlub edib. Bundan başqa, Litva təmsilçisi Emiliya Tveriyonaite rumıniyalı Aleksandra-Maria Petriçidən 2:0 (6:3, 6:1), almaniyalı Yoelle Steur çexiyalı tennisçi Linda Klimovitsovadan 2:0 (6:3, 6:3) hesabı ilə üstün olublar. Çexiyalı digər tennisçi Dominika Salkova polşalı Rozaliya Qruşinskanı 2:0 (6:2, 6:1), Fransalı Ouşen Babel belaruslu Evialina Laskeviçi 2:1 (6:3, 4:6 (10:8) hesabı ilə məğlubiyyətə uğradıb. Səkkizdəbir finalın sonuncu iki görüşündə isə Rusiya tennisçisi Mariya Şoloxova fransalı Maelle Lekleri 2:0 (6:4, 7:5), slovakiyalı Salma Druqdova ispaniyalı Rakel Qonzalesi 2:0 (7:6, 6:4) hesabı ilə məğlub edərək dörddəbir finala vəsiqəni təmin ediblər.
Oğlan cütlüklərin yarışının dörddəbir final mərhələsində belçikalı Noah Merre/Alessio Basile cütlüyü türkiyəli Erden Er/Toğan Turkaçı duetinə 2:1 (6:2, 5:7 (11:9) hesabı ilə qalib gəlib. Çexiyalı Matthev Villiam Donald/Hinek Barton dueti isə almaniyalı Oliver Olsson/Daniel Milardovic cütünü 2:0 (7:6, 7:6) hesabı ilə məğlubiyyətə uğradıb. Digər görüşdə polşalı Filip Pieçzonka/Olaf Pieçkovski dueti avstriyalı Yan Kobierski/Mathias Uyvari cütlüyündən üstün olub – 2:0 (6:1, 6:3). Dörddəbir finalın sonuncu görüşündə isə ispaniyalı Pedro Rodenas/Daniel Merida dueti rumıniyalı Andrey Voikan/Alin Fatu cütlüyünü 2:0 (7:6, 6:3) hesabı ilə məğlubiyyətə uğradaraq yarımfinala yüksəlib.
Qız cütlüklərin yarışında dörddəbir finalda rusiyalı Mariya Şoloxova/Yekaterina Maklakov dueti rumıniyalı Anko Todoni/Alexandra-Maria Petriçi cütlüyünə 2:0 (6:4,6:1) hesabı ilə qalib gəlib. Çexiya təmsilçisi Dominika Salkova/Linda Klimoviçova cütlüyü isə İspaniya tennisçiləri Karolina Qomez/Rakel Qonzales üzərində qələbə qazanıb – 2:0 (6:3, 6:2). Dörddəbir finalın digər qarşılaşmalarında belçikalı Hanne Vandevinkel/Juliet Bovi dueti fransalı Ouşen Babel/Maelle Lekler cütünə 2:1 (6:3, 3:6, 10:7) hesabı ilə qalib gəlib. Sonuncu qarşılaşmada isə Belarus təmsilçisi Evialina Laskeviç/Mariya Stsetseviç cütlüyü Bolqarıstan idmançıları Katerina Dimitrova/Stela Peevadan duetini mübarizədən kənarlaşdırıb – 2:1 (3:6, 6:2, 10:8).