Təhlil 06.01.2025 16:10

Ter-Petrosyan – Qarabağda və Ermənistanda törədilən cinayətlərin ortağı – TƏHLİL

Son zamanlar Azərbaycan ictimaiyyəti sanki “pis erməni, yaxşı erməni” seçimi ilə üzləşib. Onlara bu seçimdə yenə bu etnosun liderlərindən biri Ermənistan Respublikasının birinci prezidenti Levon Hakopi Ter-Petrosyan 1993-cü il iyulun 23-ündə erməni “fəalları”, hərbçiləri, dövlət rəsmiləri qarşısında çıxışı ilə bağlı yayılan videosu ilə yardım edib.

O, çıxışında 1988-ci ildən 1993-cü il iyulun 23-dək ermənilərin Azərbaycan türklərinə, azərbaycanlılara qarşı apardığı etnik təmizləməyə haqq qazandırıb. Bu, soyqırımına bərabər tutulur. Odur ki, Ter-Petrosyan ermənilərin azərbaycanlılara qarşı beş ildə iki dəfə soyqırımı etdiklərini etiraf edib.

O, Ermənistandan, erməni dövlətindən danışır. Videoda Ter-Petrosyanın belə dediyi eşidilir: “Ermənistan və Dağlıq Qarabağ 600 illik problemi (?!-red.) yadlardan (azərbaycanlıları nəzərdə tutur-red. ) tamamilə təmizləyərək həll etdi. Bu gün Ermənistanda, 1988-ci ildə olduğu kimi, 180 min digər millətlərin nümayəndələri olsaydı, bizim dövlətimiz olmazdı. Onda biz şimal və şərq rayonlarımızı, Sevan bölgəsini (Göyçə-red.) müdafiə edə bilməzdik. Xatırlayırsız, üç rayonda- Vardenis (əsl adı Basarkeçər-red.), Masis (Zəngibasar-red.) və Amasiyada azərbaycanlılar çoxluq təşkil edirdi. Onlar Zəngəzurda da böyük çoxluqda idilər. Bu problemi bizim “Miatsum” (“Birlik”) hərəkatımız həll etdi. Bunlar göydən düşməyib. Xalqımızın milli-azadlıq mübarizəsi bu problemi həll edib. Erməni ümummilli hərəkatının hərbi qanadı “Yerkrapa” bizim özünümüdafiə dəstələrimiz bu problemi həll edib. Bu hadisələr Qarabağda da baş verib. Hazırda Qarabağın (o, “artsak” deyir) bütün, daha böyük ərazisi ermənilərin əlindədir”.

O həmin çıxışda Ağdamı da erməni silahlılarının ələ keçirdiyini elan edib. Zala toplaşanlar isə onu xəbərini alqışlarla qarşılayıb.

Ter-Petrosyan ənənəvi erməni yalanını bu toplantıda “yada salıb”. Guya ermənilər 600 ildir bu ərazilər uğrunda “mübarizə aparıblar”. Halbuki, altı əsr öncə XV əsrin 90-cı illərində Cənubi Qafqaz bütövlükdə Azərbaycan türklərinin bütün istiqamətdə nəzarəti altında idi. O illərdə Cənubi Qafqazda ermənilər demək olar ki heç yox idi. Region həmin illərdə Ağqoyunuların, sonrakı dövrlərdə isə Səfəvilərin hakimiyyəti altında olub. Başqa sözlə, bu ərazilər daim Azərbaycan türk sülalələrinin nəzarəti altında olub. Ara-sıra başqaları bu torpaqları ələ keçirsə də, sonra müharibələr nəticəsində məğlub olaraq əraziləri tərk ediblər. Bu baxımdan Ter-Petrosyan “Böyük Ermənistan” ideologiyasının qulu olduğunu, ona qulluq etdiyini nümayiş etdirib.

Ter-Petrosyan adlarını sadaladığı rayonlarda azərbaycanlıların say baxımından üstünlüyünü də etiraf edib. Bu, həm də indiki Ermənistan ərazisində Azərbaycan türklərin çoxluqda olduğunu təsdiqləyən faktlardandır. Çünki 1988-1992-ci illərdən əvvəl azərbaycanlılar Qərbi Azərbaycandan, yaxud indiki Ermənistandan xarici qüvvələrin, türk düşmənlərinin havadarlığı ilə güc, silah tətbiqi ilə qovulub çıxarılıblar.

Ter-Petrosyan sevincək, yüksək ovqatla 180 min azərbaycanlıdan (əslində, 300 minə yaxındır, burada da ermənilər saxtakarlıq edir) Ermənistanı “təmizlədik” deməklə 1993-cü ilədək bu “ölkə” ərazisində azərbaycanlılara, Azərbaycan türklərinə qarşı törədilən 90 illik etnik təmizləmə, soyqırımı cinayətini qürrələnərək bildirib.

Ermənilərin “qələbəsindən” danışmış, onların təəssübünü çəkən Levon Ter-Petrosyanın nə ermənilərə, nə Ermənistana, nə də Cənubi Qafqaza heç bir aidiyyəti yoxdur. Çünki o, 1945-ci ildə Suriyanın Hələb şəhərində anadan olub.

Bu ailənin banisi keşiş Petros 1720-ci ildə Kilikiya katolikosu Hovhannes Acnetsinin tapşırığı ilə Anadoludan indiki Suriya ərazisinə köçüb. Onun anası Azatui Qaribyan erməni deyil, assoridir.

1989-cu ilin avqustunda Ter-Petrosyan Ermənistan SSR Ali Sovetinin deputatı, 1989-cu ilin noyabrında isə Erməni Milli Hərəkatının sədri seçilib. 1990-cı ilin avqustunda o, yeni çağırış Ermənistan Ali Sovetinin sədri olub. Onun sədrliyi ilə 1990-cı il avqustun 23-də Ermənistanın müstəqilliyi haqqında bəyannamə qəbul edilib.

Levon Ter-Petrosyan həm də indiki baş nazir Nikol Paşinyanın dəyişə, yaxud yeniləyə bilmədiyi təcavüzkar konstitusiyanın da banisi, təşəbbüskarı sayılır. Bəlkə də hökumət başçısı bir zamanlar patronu sayılan Ter-Petrosyandan, bir zamanlar onu hakimiyyətə gətirən daxili və xarici qüvvələrdən çəkinərək, müxtəlif bəhanələrlə vaxtı uzadır.

Qeyd edək ki, Levon məlum çıxışında status-kvonun uzadılmasının faydalı olduğunu bildirir. Onda Ermənistanın və havadarlarının strategiyası vaxtı uzadıb, axırda Azərbaycanın yaranmış vəziyyətdən bezərək torpaqları qaytaracağına ümid bəsləməkdən ibarət olub. İndi Nikol Paşinyan da konstitusiyadakı təcavüzkarlığa dair iddialı maddələrdən imtina etməməklə həmin xətti davam etdirmək niyyətindədir.

Levon Hakopi keşişlərin tərbiyəsini almış qarışıq ermənidir. O, ailədən aldığı tərbiyə nəticəsində Azərbaycana, Türkiyəyə, türklərə qarşı düşmənlik ruhunda böyüyüb. Bu düşmənlik onun qanındadır.

O, 1991-ci il oktyabrın 17-dən 1998-ci il fevralın 3-dək Ermənistanın prezidenti olub. Bu illər ərzində Ermənistandakı sonuncu azərbaycanlı kəndi, Nüvədidən də türklər güc yolu ilə çıxarılıblar.

Levon Ter-Petrosyan noyabrın 20-də Qarakənddə törədilən faciənin də təşkilatçılarından sayılır. O, 1992-ci il fevralında Xocalıda, Qaradağlıda və Azərbaycanın daha neçə-neçə kəndində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımının həmmüəlliflərindən biri də keşiş törəməsi Ter-Petrosyandır.

Odur ki, erməni liderləri sülhsevər, humanist, mehriban qonşu kimi görünməyə çalışsalar da maskaları dar macalda cırılır. 1993-cü ildə Azərbaycan türklərindən Ermənistanı və Qarabağı təmizlədiklərini fəxrlə söyləmiş Ter-Petrosyan beş il sonra 1998-ci ildə saxtakarcasına sülhdən bəhs edib. Robert Koçaryan, Serj Sarqsyan da elə keyfiyyətə malikdirlər. Onların heç biri qondarma qurumun müstəqilliyinin tanımağa cürət etmədikləri halda sonrada bəyan etdilər ki, Qarabağı “heç Azərbaycanın tərkibi” saymayıblar. Bəs, onda Qarabağ kimindir?

Elə indi özünü ter-petrosyansayağı maskalayan Nikol Paşinyan da 2019-cu ildə Tehranda “Qarabağ Ermənistandır” deyirdi. Bir ildən sonra o və komandası Qarabağın Azərbaycana aid olduğunu dəfələrlə təkrarlamağa başladı.

Cəfər Cabbarlının “1905-ci ildə” pyesində indiyədək aktual olan bir atalar sözü işlədilib: “İlanın ağına da, qarasına da lənət”. İndi Ter-Petrosyanla, Koçaryanın, Sarqyanın, Paşinyanın, yaxud başqa bir yanın heç bir fərqi yoxdur.

Bunlar düzəlmir. Heç deyəsən düzələnə də oxşamırlar. Azərbaycan Müdafiə Nazirliyi məlumatına görə, yanvarın 5-i saat 22:00-dan 22:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ və Xanazax istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Ona görə də “qozbeli qəbir düzəldər”.

Ter-Petrosyanın sülhsevər olduğunu, Paşinyanın bütün şərtlərə əməl etmək istədiyini və başqa bu kimi fikirlərin daşıyıcıları – zəhmət olmasa “1905-ci ildə”ni bir dəfə də oxuyun. Soyadının qarşısında Terin olub, olmamasından asılı olmayaraq petrosyanlar, paşinyanlar belə tezliklə düzələnə oxşamır. Çünki tərbiyələri əvvəlindən korlanıb. Ter-Petrosyan Koçaryanın, Sarqsyanın və başqalarının Qarabağda, Ermənistanda törətdikləri cinayətlərə ortaqdır…

Sədrəddin Soltan – “Report”

XƏBƏR LENTİ
Təhlil / 06.01.2025 16:10
Ter-Petrosyan – Qarabağda və Ermənistanda törədilən cinayətlərin ortağı – TƏHLİL
Siyasi, Təhlil, Video müsahibə / 05.01.2025 11:00
Ermənilərin 600 illik planı və Levon Ter-Petrosyanın sensasiyalı etirafı - FOTO - VİDEO
Mətbuat, Siyasi / 03.01.2025 13:28
“2025: hədəflənən prioritetlərə baxış və perspektivlər” – MƏQALƏ
Gündəm / 01.01.2025 00:14
Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib - VİDEO
Müsahibə, Səhiyyə / 30.12.2024 22:28
“İqlim dəyişikliyi soydaşlarımızın kütləvi ölümünə səbəb olub” - VİDEO
Mətbuat, Siyasi / 30.12.2024 21:23
Beynəlxalq hüquqa əsaslanan yeni regional siyasi reallıq – MƏQALƏ
Təhlil / 30.12.2024 14:26
Əsəddən Makrona gedən yol – Fransada hökumət böhranları – TƏHLİL
Gündəm, Siyasi / 30.12.2024 11:31
Rizvan Nəbiyev: “Prezidentin mesajları beynəlxalq mülki aviasiya təhlükəsizliyi üçün çox önəmlidir” - FOTO - VİDEO
Gündəm / 29.12.2024 15:02
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib - FOTO - VİDEO
Gündəm / 29.12.2024 12:31
İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasimində iştirak edib - FOTO - VİDEO
Elm və təhsil / 28.12.2024 22:27
“Ermənilərin Qərbi Azərbaycanda dağıtdığı və erməniləşdirdiyi abidələr” - VİDEO
Elm və təhsil / 28.12.2024 13:25
Erməniləşdirilən türk xristian məbədləri – ANONS - VİDEO
Siyasi, Sosial / 27.12.2024 22:45
“Erməni məkrliyi yeniyetmə və gəncliyimi əlimdən alıb” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.12.2024 13:43
“Atamın arzusu yarımçıq qaldı” – Vüqar Namazovun “Həyat Hekayəsi” - VİDEO
Təhlil / 26.12.2024 22:40
Əliyev ilk dəfə detalları açıqladı, Paşinyan çətin vəziyyətə düşdü - VİDEO
Təhlil / 26.12.2024 15:00
Pezeşkiandan “günah keçisi” düzəltmək cəhdi – TƏHLİL
Təhlil / 26.12.2024 13:22
“300 min azərbaycanlı Paşinyanın elektoratı ola bilər” – ANONS - VİDEO
Elm və təhsil / 25.12.2024 22:26
“Xan Bahadura aid mülkləri orbelyanların adına çıxdılar” - VİDEO
Gündəm / 25.12.2024 15:32
Azərbaycanda matəm elan edildi – SƏRƏNCAM
Gündəm, Hadisə / 25.12.2024 15:04
Aktauda baş verən təyyarə qəzasında son durum – YENİLƏNİR - FOTO - VİDEO
Elm və təhsil / 25.12.2024 13:40
Gənclərin Qərbi Azərbaycana qayıdış istəyi – Anar İrzaquliyev yazır - FOTO
Elm və təhsil / 25.12.2024 13:22
Orbelyanların Elxanilər saxtakarlığı – ANONS
Mədəni / 25.12.2024 11:36
“Mən ruhlar arasında körpü olmaq istəyirəm” – Səbinə İlyasova ilə MÜSAHİBƏ
Siyasi, Sosial / 24.12.2024 21:40
Alagöz – türk tarixinin izi - FOTO - VİDEO
Müsahibə, Siyasi / 24.12.2024 18:20
“İran yeganə ölkədir ki, Suriyada tamamilə uduzub və darmaduman olub” - VİDEO
Gündəm, Təhlil / 24.12.2024 17:33
Azərbaycan diplomatiyası son 21 ildə - FOTO - VİDEO