Siyasi 24.09.2025 23:36

“Əvvəl erməni, sonra xristian” erməni kimliyinin əsas şüarıdır - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Ermənistanın millətçilik siyasətində kilsənin rolu” adlı veriliş hazırlanıb.

Rakus.az xəbər verir ki, verilişdə Siyasi elmlər üzrə fəlsəfə doktoru, professor Türkiyənin, Erciyes Universitetində ermənişünaslıq bölümü başqanı, Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı Ermənistanın millətçilik siyasətində kilsənin rolundan, ermənilərin dini institutlardan siyasi məqsədlər üçün  istifadəsindən danışıb.

O bildirib ki, Ermənistanın xristianlığı ilk qəbul edən dövlət olması iddiası mifdir: “Qaregin Njdenin irqçi ideologiyasını yaşadırlar. O, qəhrəman yox, irqçi ideoloqdur. Ermənistanın millətçilik siyasətində kilsənin rolu böyükdür. Erməni kimliyinin əsas şüarı belədir: “Əvvəl erməni, sonra xristian”.

Onun sözlərinə görə, terroru legitimləşdirən ideologiya: “Nemezis” və ASALA-dır: “Qondarma soyqırımı iddiası ermənilər üçün ideoloji silahdır. erməni millətçiliyi və irqçiliyi Qafqazda təhlükəsizlik üçün təhdiddir. Erməni kilsəsi dövlətin yerinə keçib.

Çaxmaqlı sonda Ermənistan irqçiliyi: kilsədən terrora gedən yol, erməni millətçiliyi dini necə vasitəyə çevirdi, Ermənilərin Avropada irqçiliyi necə dəyişir?, Ermənistan millətçiliyinin kökləri, ASALA və Nemezis planı, din, millət və terror – erməni modelinin anatomiyası ilə bağlı qaranlıq məqamlara aydınlıq gətirib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş sentyabrın 24-də saat 19:30-da Baku TV-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi / 25.09.2025 14:22
“Paşinyanın “dördüncü respublikası” – ANONS
Gündəm / 25.09.2025 11:30
Şəhid jurnalistlərin xatirəsinə 4-cü Ənənəvi Futbol Turniri başlayır - FOTO - VİDEO
Siyasi, Sosial / 24.09.2025 23:36
“Əvvəl erməni, sonra xristian” erməni kimliyinin əsas şüarıdır - VİDEO
Siyasi, Sosial / 24.09.2025 14:22
Ermənilərin gizli kilsə siyasəti – ANONS
Gündəm, Mətbuat / 24.09.2025 11:30
Həqiqət carçısı “Haber Global” 7 yaşını qeyd edir
Siyasi, Sosial / 23.09.2025 22:01
Aşirabad və Aşnak toponimi – türk tarixinin izi - VİDEO
İqtisadi, Müsahibə / 23.09.2025 18:35
“Ermənistanın kənd təsərrüfatı məhsulunun 70%-ni azərbaycanlı əhali təmin edib” - FOTO - VİDEO
Sosial / 23.09.2025 14:22
Adı V əsrdə xatırlanan kənd – ANONS - VİDEO
Müsahibə, Sosial / 23.09.2025 13:35
“Ermənistanın yırtıcı mədənçilik təcrübələri var” – ANONS
Müsahibə / 22.09.2025 23:55
“Qaraqoyunlular Dəniz xandan törəyənlərdir” - VİDEO
Elm və təhsil, Gündəm / 22.09.2025 12:00
Tibb elminin cəfakeşi – professor Məhəmməd Kərimovun yubiley portreti  - FOTO
Mədəni, Sosial / 20.09.2025 23:51
“Çingizxan sarayından İrəvana uzanan dad” - VİDEO
Siyasi, Sosial / 19.09.2025 23:26
“Sonrakı həyatımız Xocalı, Quşçular, Malbəyli faciəsi ilə bağlı oldu” - FOTO - VİDEO
Sosial / 19.09.2025 14:22
“Nənəm ermənilərə gavır deyirdi” – İsmayıl Ağayevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 18.09.2025 23:44
Ermənistan ordusu ixtisar edilir: addım-addım Zəngəzura doğru - VİDEO
Təhlil / 18.09.2025 14:22
Qərbi Azərbaycanla bağlı razılıq var – ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 17.09.2025 23:36
“Erməniləri qorumaq üçün Rusiyanın müdaxilə imkanları yarandı” - VİDEO
Siyasi / 17.09.2025 14:22
“Urartu dövləti ermənilərə aid deyil” – ANONS - VİDEO
Siyasi, Sosial / 16.09.2025 23:50
Aşağı Çəmbərək, Aşağı Şipirxan, Aşağı Şəhərcik, Aşağı Şorca – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 16.09.2025 18:29
“NATO nəzəri olaraq Rusiyaya qarşı hərəkətə keçə bilər” - VİDEO
Sosial / 16.09.2025 14:45
“Adı qədim xəritəyə yazılan məkan” – ANONS - VİDEO
Müsahibə / 16.09.2025 13:22
“Ermənistan rəhbərliyi səhvini düzəldir” – ANONS
Müsahibə / 15.09.2025 23:57
“Şəki kəndinin adı Sak tayfasının adı ilə bağlıdır” - VİDEO
Elm və təhsil / 15.09.2025 15:15
Sonbeşiyin yaratdığı sevinc – Pəricanın ilk məktəb günlüyü - FOTO
Mədəni / 13.09.2025 22:02
“Torpağa qayıdan xalq mətbəxini də geri gətirir” - VİDEO
Siyasi, Sosial / 12.09.2025 21:42
“Amağuya 20 maşın erməni saqqallıları dolmuşdu” - FOTO - VİDEO