Azərbaycan şahmatçısı Teymur Rəcəbov sabah “Champion Chess Tour” çərçivəsində başlayacaq “Airthings Masters” turnirində yarışacaq.
Rakus.az xəbər verir ki, hımçinin klassik reytinq üzrə dünyanın ən güclü 11 şahmatçısından səkkizi də iştirak edəcək.
Yarışda ümumilikdə T.Rəcəbov da daxil olmaqla 12 şahmatçı – dünya çempionu Maqnus Karlsen (Norveç), Maksim Vaşye-Laqrav (Fransa), Aniş Qiri (Niderland), Hikaru Nakamura, Uesli So (hər ikisi ABŞ), Aleksandr Qrişuk, Yan Nepomnyaşi, Daniil Dubov (hər üçü Rusiya), Levon Aronyan (Ermənistan), David Anton (İspaniya) və Pentala Harikrişna (Hindistan) mübarizə aparacaq.
Yanvarın 3-dək davam edəcək turnirin ümumi mükafat fondu 200 min dollardır.