Teymur Rəcəbov yarımfinalda
Onlayn formada keçirilən blits şahmat üzrə “Airthings Masters” turnirinin 1/4 final mərhələsi davam edir.
Rakus.az xəbər verir ki, mərhələnin ikinci matçları keçirilib.
Yarışda iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov 1/4 finalda rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşıb.
Hesab bərabər olduğundan şahmatçılar blitsdə zəkalarını yoxlayıblar. İki oyundan ibarət növbəti mübarizədə də qrossmeysterlər “sülh” bağlayıblar – 1:1.
Qalibi müəyyənləşdirmək üçün “Armageddon” oynanılıb. Rəcəbov qara fiqurlarla heç-heçə etdiyindən yarımfinala yüksəlib.
O, bu mərhələdə norveçli dünya çempionu Maqnus Karlseni yarışdan kənarlaşdıran rusiyalı Danil Dubovla oynayacaq. Şahmatçılar finala vəsiqə üçün 2 gün – dekabrın 31-də və yanvarın 1-də qarşılaşacaqlar.
Digər yarımfinal cütündə isə Levon Aronyanla (Ermənistan) Maksim Vaşye-Laqrav (Fransa) mübarizə aparacaq.
Turnir 2021-ci il yanvarın 3-də yekunlaşacaq.