İdman 05.09.2020 11:34

Tokio Olimpiadasında idmançılar karantindən azad ediləcəklər

Yaponiya hökuməti Tokio Olimpiadasında iştirak etmək üçün ölkəyə gələcək idmançılara Olimpiadadan əvvəl iki həftəlik karantin rejiminin tətbiq edilməməsi üçün bəzi variantları nəzərdən keçirməyə başlayıb.

Rakus.az xəbər verir ki, bu barədə Yaponiyanın NHK telekanalı məlumat yayıb.

Bildirilir ki, Yaponiya rəsmiləri hazırda koronavirusun yayılmasının qarşısını almaq üçün istifadə olunan təcridetmənin idmançılara mənfi təsir edə biləcəyini düşünürlər. Bununla əlaqədar koronavirusa qarşı tədbirlər üzrə Olimpiya və hökumət rəsmilərindən ibarət işçi qrup ilk iclasını keçirəcək. Sessiyada sərhəd nəzarəti, virusun profilaktikası və pandemiyaya cavab tədbirləri müzakirə olunacaq.

Bundan əlavə, işçi qrup yarış zamanı idmançıların və məmurların hərəkətlərini izləmək üçün yeni mobil tətbiqetmə imkanlarını nəzərdən keçirəcəklər. Oyunlar zamanı ölkəyə giriş və çıxış prosedurunda koronavirusla bağlı götürülən testin nəticəsi əsas tələblərdən biri olacaq.

Qarşıdakı məsləhətləşmələr zamanı Yaponiya tərəfi Olimpiadadan əvvəl idmançılar üçün təlim-məşq toplanışı qaydalarını da hazırlamaqla bağlı müzakirələr aparacaq.

Gündəmdə digər mövzular arasında yoluxma sayında artımın öhdəsindən gəlmək üçün xəstəxanalarda yer çatışmazlığı və idman müəssisələrində atletlərin sağlamlığının yoxlanılması üçün yerlərin təşkil edilməsi də var. Pandemiya səngiməsə, işçi qrupun stadionlarda tamaşaçı sayını azaltmaq variantını da müzakirə edəcəyi gözlənilir.

Tokio Olimpiadası 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Koronavirus pandemiyası səbəbindən Olimpiada bir il təxirə salınıb və iyulun 23-dən avqustun 8-dək keçirilməsi planlaşdırılır.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO