Fransa Liqasında keçirilən “PSJ”-“Lion” oyununda (4:2) maraqlı avtoqol qeydə alınıb.
Rakus.az xəbər verir ki, oyunun ikinci hissəsinin əvvəlində PSJ-nin hücumu zamanı rəqib “Lion”un futbolçuları əvvəl hücumun qarşısını alan zaman topu rəqib futbolçuya ötürüblər, epizodun davamında isə digər müdafiəçi bir qədər də irəli gedərək cərimə meydançasına ötürülən topu öz qapısına göndərib.
Xatırladaq ki, hazırda Parisin PSJ futbol klubu Fransa çempionatında ilk yerdə qərarlaşıb.