“Tramp qərarına yenidən baxmalıdır” – ÜST direktoru
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus istefa tələblərinə cavab verib.
Rakus.az xəbər verir ki, o, ÜST-ün İsveçrənin Cenevrə şəhərində yerləşən qərargahında videokonfrans formatında brifinq keçirib.
T.Qebreyesus Qərbi Avropada epidemiyanın azaldığına baxmayaraq, Afrikada, Şərqi Avropada, Mərkəzi və Cənubi Amerikada xəstəlik hallarının artımına diqqət çəkib.
UST sədri ABŞ Prezidenti Donald Trampın təşkilata ayrılan vəsaitin dayandırılması və Birləşmiş Ştatlardan istefa çağırışına cavab olaraq, vəzifəsindən getməyəcəyini vurğulayıb.
O, ABŞ-ı ÜST-ün vacib tərəfdaşı adlandırıb və Trampı qərarına yenidən baxmağa və beynəlxalq təşkilata dəstək verməyə çağırıb.
“Həyat qurtarmaq üçün məsuliyyət daşıyırıq. Diqqətimi bu təşkilatın yaxşılığa doğru dəyişikliyinə və pandemiyaya yönəldəcəyəm. Gecə-gündüz həyat xilas etmək üçün çalışmağa davam edəcəyəm. Yolumuz uzundur. Virusun uzun müddət bizimlə olacağına şübhə etməyin”, – ÜST rəhbəri vurğulayıb.