Təhlil 06.02.2025 16:58

Trampın ilk rəsmi qonağı – “Yaxın Şərqin Rivierası” – TƏHLİL

ABŞ Prezidenti Donald Trampın ilk rəsmi qonağı İsrailin Baş naziri Benyamin Netanyahu olub. O, yəhudi dövlətinin hökumət başçısını fevralın 4-də qəbul edib.

Bu görüş HƏMAS və Livan “Hizbullah”ı ilə İsrail arasında atəşkəsdən, habelə Suriyada Bəşşar Əsəd rejiminin süqutundan sonra baş tutduğuna görə regional və qlobal baxımdan əhəmiyyətli, diqqət mərkəzində olan bir hadisə idi. Çünki İsrailin HƏMAS və “Hizbullah”a qarşı keçirdiyi hərbi əməliyyatlar bütün istiqamətlərdə ABŞ, Böyük Britaniya tərəfindən dəstəklənib, yardım olunub.

Bununla yanaşı, silahlı qruplaşmaların yəhudi dövlətinə qarşı müharibəsində iştirakını elan edən Yəməndəki husi qiyamçılara qarşı Ştatlar və Krallıq ara-sıra havadan zərbələr endirərək onları zəiflətmək taktikasını seçmişdi.

Bütün hallarda bu savaşda İsrail hökuməti başçısının qətiyyəti də qeyd ediləsi haldır. Çünki ona hökuməti ilə birlikdə beynəlxalq səviyyədə və ölkə daxilində güclü təzyiqlər də var idi. Qlobal miqyasda ona “soyqırımı törətməyə” son verməyə, daxildə isə istefaya çağırışlar edilirdi.

Bütün hallarda Benyamin Netanyahu hökumətin qarşıya qoyduğu vəzifəni yerinə yetirən baş nazir oldu. O, İsrailin təhlükəsizliyini təhdid edən üç real qüvvəni neytrallaşdırmaqla regionda yeni şəraitin qurucularından biri kimi ölkəsinin tarixində yer ala biləcək.

Regionda bu uğurun qalibi kimi onun ABŞ-də qarşılanması önəmli sayılır.

HƏMAS, “Hizbullah”, Bəşşar Əsədin zəifləməsi və süqutunda beynəlxalq ictimaiyyətin də oynadığı önəmli rolu nəzərdən qaçırmaq ədalətsizlik olardı. Çünki ərəb dövlətləri, Türkiyə, Çin, Avropa İttifaqı, Rusiya müəyyən mənada neytral olmaqla qarşı tərəfin uğuru üçün “yaşıl işıq” yandırdı. Əks halda, silahlı qarşıdurma davam edə, itki və dağıntıların miqyası daha böyük ola bilərdi.

Bu baxımdan, beynəlxalq ictimaiyyət də Donald Trampla Benyamin Netanyahunun görüşünü, orada veriləcək bəyanatları diqqətlə izləyib.

Nəzərə almaq lazımdır ki, regionda sülhün tərəfdarı olan Qərbdən xaric qüvvələr özlərini daha çox əməkdaşlıq və ticarətin tərəfdarı sayırlar. Ona görə də ABŞ liderinin görüşdə verdiyi açıqlamalar həm də bölgənin gələcəyi üçün müəyyən mənada yol xəritəsi də sayıla bilər.

Bu sammitdə əsas hansı istiqamətlər diqqət mərkəzində olub:

– Qəzza zolağının gələcəyi;

– Fələstin dövlətinə münasibət;

– İsrailə hərb də daxil olmaqla, ediləcək yardım;

– İsrailli köçkünlərin evlərinə qayıtmaları;

– ABŞ-nin regionda hərbi mövcudluğunun davam etməsi;

– ərəb dövlətləri ilə İsrailin gələcək əməkdaşlığı;

– Yaxın Şərqin gələcəyinə dair ismarışlar və s.

Donald Tramp Binyamin Netanyahu ilə birgə mətbuat konfransında jurnalistlərə açıqlamasında deyib: “Birləşmiş Ştatlar Qəzza zolağına nəzarəti ələ keçirəcək və biz orada işlər görəcəyik. Biz onun sahibi olacağıq və bu ərazidəki bütün təhlükəli partlamamış bombaların, başqa silahların çıxarılmasına görə məsuliyyət daşıyacağıq”.

O, zolağın sakinlərini başqa ölkələrə köçürmək istədiklərini də vurğulayıb. Donald Tramp əlavə edib ki, Qəzza dağılmış binalardan və partlamayan bombalardan təmizlənəndən sonra iqtisadi inkişaf məsələləri üzərində işləyəcəklər. Onun sözlərinə görə, Qəzzada indiki vəziyyətdə sakinlərin yaşaması mümkün deyil: “Bura insanları xoşbəxt edə biləcək bir yer olmalıdır”.

Tramp administrasiyasının hesablamalarına əsasən, müharibə nəticəsində dağılan bölgənin bərpası 3-5 il sürə bilər.

Məlum olduğu kimi, Qəzza zolağı uzun illər Fələstindəki müxtəlif silahlı qruplaşmaların yerləşdiyi əsas ərazilərdən olub. Bu baxımdan, onun ancaq HƏMAS dövründən, yəni 20 ilə yaxın müddətdə bu hala düşdüyünü zənn etmək düzgün sayılmaz.

Zolaqda uzun tunellər, istehkam qurğularında silah-sursatların gizlədilməsi, müharibə zamanı istifadə edilən raket anbarları, minalar və başqa döyüş sursatlarının olduğu istisna edilmir. Ona görə Donald Tramp ərazinin bu kimi partlamamış bombalardan təmizlənməsini istədiklərində israrlı görünür.

Misir, İordaniya və başqa ərəb ölkələri 2,3 milyon fələstinlinin – zolaq sakinlərinin ərazilərində yerləşdirilməsi ilə bağlı ABŞ prezidentinin çağırışından imtina ediblər. Donald Tramp isə bu addımı humanitar baxımdan atdıqlarını bildirib. Bununla belə o, HƏMAS-la İsrail arasında uzunmüddətli atəşkəsin qalacağına da ehtiyatla yanaşıb: “Sülhün qorunacağına mənim heç bir təminatım yoxdur”.

İsraillə ABŞ-nin maraqlarının üst-üstə düşdüyü məsələlərdən biri İran hakimiyyəti ilə bağlıdır.

Binyamin Netanyahunun səfərindən əvvəl Donald Tramp İrana qarşı iqtisadi təzyiqləri gücləndirmək haqqında sərəncam imzalayıb. Həmin sənəddə İslam Respublikasının neft ixracını sıfır səviyyəsinə endirməyə nail olunması nəzərdə tutulub.

Bununla belə, ABŞ prezidenti mətbuat konfransında İranla münasibətin faciəli bitməsini istəmədiyini də bildirib. Tramp iranəsilli ABŞ vətəndaşları arasında çoxlu dostlarının olduğunu vurğulayaraq deyib: “Onlar gözəl insanlardır. Mən həqiqətən razılaşma, sülh istəyirəm və bunun fəlakətlə bitməsini istəmirəm”.

O, bir daha qeyd edib ki, İslam Respublikası heç vaxt nüvə silahı əldə etməməlidir. Çıxış və imzaladığı sənədlərə əsasən, belə ehtimal etmək olar ki, Donald Tramp İrana maksimum təzyiq və danışıq taktikasını seçib. Başqa sözlə, “kökə və qamçı”.

Bu məsələdə seçimin məsuliyyəti Tehranın üzərində qalıb.

Almaniya, Fransa, İspaniya, Kanada, Çin xarici işlər nazirlikləri Qəzza zolağından sakinlərin məcburi köçürülməsinin beynəlxalq hüquqa zidd olduğunu bildiriblər. Bu ölkələrin Trampla müəyyən intriqaları olduğunu nəzərə alsaq, açıqlamalarında obyektiv olmadıqları da istisna edilmir. Belə qənaətə gəlmək olar ki, həmin ölkələr Ağ Evə təzyiq üçün Qəzza zolağından müvəqqəti köçürülmədən alət kimi istifadə edirlər.

Böyük Britaniyanın Baş naziri Kir Starmer Krallığın Aşağı Palatasında çıxışında deyib ki, sakinlər evlərinə qayıtması üçün Qəzza zolağının bərpasında fələstinlilərə yardım edə bilərlər. O, iki dövlətlə bağlı məsələnin həllində fələstinlilərin yanında olacaqlarını da qeyd edib.

Donald Trampın açıqlaması regionda əsas söz sahibi ABŞ-nin olduğunu deməyə əsas verir. Belə düşünmək olar ki, Qəzza bütün beynəlxalq təzyiqləri, təhdidləri, təhlükəsizlik problemlərini göz önünə alaraq onu HƏMAS-dan, başqa silahlı qruplaşmalardan təmizləyənindir. Oranın bərpası, idarə edilməsi, gələcəyi barədə qərarı o verəcək.

Trampın açıqlamasına əsasən, bu, ABŞ-İsrail cütlüyüdür. O, Qəzzanı “Yaxın Şərqin Riviera”sına çevirəcəyik”, – deyib. Riviera – qədim italyan sözüdür. Kot d’Azur Fransanın 1860-cı ildə ilhaqından sonra Nitsa qraflığına verilən ilk ləqəbdir. Çünki oradakı iqlim qışda belə dəniz kimi mavi səma ilə Şimali İtaliyanın iqliminə bənzəyirdi. Lanqedok və Provans bölgələrində Mistral (şimal-qərb) və Tramontana (şimal) küləkləri əsdikdə Aralıq dənizinin temperaturu yayda çox sərin olur. Bu fenomen Fransız Rivierası ilə İtaliya Rivierası arasındakı sahildə çox nadir hallarda və ya ümumiyyətlə müşahidə olunmur. Bu sahil xətti ilk müasir kurort zonalarından biri olub.

Bütün iddialara baxmayaraq, Donald Tramp Qəzza ilə bağlı hədəfini açıqlayıb. Bura silahlı qruplaşmaların, terrorçuların bazasından Kurort Zolaq Rivierasına çevrilə bilər.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO