Trampın xanımı Afrika qadınlarının inkişafını istəyir
Ağ evin müşaviri İvanka Tramp, Şimali Afrikada qadınlar üçün iqtisadi imkanların genişləndirlməsi məqsədi ilə Mərakeşə səfər edib.
Rakus.az xəbər verir ki, Prezident Donald Trampın qızını çərşənbə günü Rabat hava limanında şahzadə Lalla Məryəm və Mərakeşin xarici işlər naziri qarşılayıb.
Üçgünlük səfər zamanı İvanka Tramp Birləşmiş Ştatlar hökumətinin `Qadınların Qlobal İnkişafı və Təşəbbüsü` proqramını təbliğ edəcək.
Fevral ayında başlanan proqram inkişaf etməkdə olan ölkələrdə 50 milyon qadın üçün növbəti 6 il ərzində iqtisadi imkanların genişləndirilməsinə yardım məqsədi daşıyır.
İvanka Tramp Şimali Afrikanın bu ölkəsinə Mərakeş hökuməti ilə iqtisadi artımın təşviqi, yoxsulluğun azaldılması və institutların gücləndirilməsi yolunda işləyən Birləşmiş Ştatların müstəqil `Millennium Challenge Corp.` şirkətinin icraçı direktoru Şon Kernkrossla birgə səfər edib.