Gündəm
24.02.2020
19:24
TUMİB Xocalı şəhidlərini andı - FOTO

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Rakus.az xəbər verir ki, Tədbir Xocalı soyqırımı qurbanlarının və Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
TUMİB sədri Çingiz Bayramov tarixə qısa ekskursiya edərək, həmin dövrdə baş vermiş hadisələri xronoloji ardıcıllıqla tədbir iştirakçılarının diqqətinə çatdırıb. Xocalı soyqırımını “əsrin cinayəti” adlandıran Ç.Bayramov Ermənistanın beynəlxalq məhkəmə qarşısında cavab verməli oıduğunu bildirib. TUMİB sədri deyib ki, Xocalı soyqırımı beynəlxalq ictimaiyyətin Azərbaycana münasibətdə ikili standartlarla çıxış etməsinin bariz nümunəsidir.
Şairə-publisist Nəsibə İsrafilqızı vurğulayıb ki, ermənilər 28 il əvvəl Xocalıda qocalara, qadınlara, uşaqlara, xəstələrə divan tutmaqla öz xarakterlərini ortaya qoyublar. Onun sözlərinə görə, ermənilər tarix boyu bu utancla yaşayacaq, tərəqqipərvər bəşəriyyət tərəfindən lənətlənəcəklər.
Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib ki, nəsillər bir-birini əvəzlədiyi üçün yaddaşın yenilənməsinə ehtiyac var. Jurnalist tədbir iştirakçılarını övladlarına, nəvə-nəticələrinə Xocalı faciəsi barədə müfəssəl məlumat verməyə səsləyib.

Aprel döyüşlərinin iştirakçısı, karate üzrə üçqat dünya çempionu Vüsal Abdullazadə deyib ki, Xocalı faciəsinin qisası döyüş meydanında alınmalıdır. Azərbaycanın müzəffər orduya malik olduğunu diqqətə çatdıran Abdullazadə tezliklə ermənilərə layiqli cavab veriləcəyinə əmin olduğunu bildirib.
Qarabağ qazisi Seymur Abdullayev Xocalı faciəsinin Azərbaycan xalqını intiqama səslədiyini deyib. Qeyd edib ki, düşmən son nəfərinə kimi Azərbaycan torpaqlarından qovulmayanadək Xocalı şəhidlərinin ruhu dinclik tapmayacaq.

Türkiyənin nüfuzlu A Haber televiziyasının MDB ölkələri üzrə təmsilçisi Aqşin Kişiyev Xocalı soyqırımını tanıtmaq istiqamətində səyləri gücləndirməyin vacib olduğunu vurğulayıb. Bildirib ki, Xocalı faciəsini beynəlxalq platformalara daşımaqla erməni vandalizmini ifşa etmək mümkündür.
.jpg)
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Mədəni
/
19.04.2025
22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni
/
19.04.2025
14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial
/
18.04.2025
22:59
Siyasi, Sosial
/
18.04.2025
13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil
/
17.04.2025
22:38
Mədəni, Mətbuat
/
17.04.2025
19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir” - FOTO - VİDEO
Təhlil
/
17.04.2025
14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil
/
16.04.2025
22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat
/
16.04.2025
18:22
Elm və təhsil
/
16.04.2025
13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi
/
16.04.2025
00:01
Siyasi, Sosial
/
15.04.2025
22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə
/
15.04.2025
18:49
Siyasi, Sosial
/
15.04.2025
14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi
/
15.04.2025
13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm
/
15.04.2025
10:06
Video müsahibə
/
14.04.2025
22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil
/
14.04.2025
10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni
/
12.04.2025
22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial
/
11.04.2025
22:23
Siyasi, Sosial
/
11.04.2025
13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil
/
10.04.2025
22:33
Hərbi, Təhlil
/
10.04.2025
13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil
/
10.04.2025
11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi
/
09.04.2025
22:32
Siyasi
/
09.04.2025
13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO