Hərbi 21.10.2025 18:34

“General Həzi Aslanov nəyə görə iki dəfə Sovet İttifaqı Qəhrəmanı adını alıb?” - FOTO - VİDEO

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış hazırlanıb. Aparıcı Ellada Sarvanın qonağı tariz üzrə fəlsəfə doktoru, hərbi tarixçi Səbuhi Əhmədov olub.

Rakus.az xəbər verir ki, o, Azərbaycanın qədim dövlətçiliyində hərb sənətinin səviyyəsi, İrəvan xanlığının müstəqil dövlət kimi hakimiyyəti, ordusu barədə danışıb: “Bizim üçün tarix çar və sovet dövründə yazılıb. Qədim dövrlərdən Azərbaycanda hərbi işlərin səviyyəsi yüksək olub. İrəvan xanlığı xanlıqlar arasında ən güclü dövlət idi. Gürcü əsilli rus generalı Pavel Sisianov İrəvan divarları qarşısında məğlub olacaqdı”.

Onun sözlərinə görə, aparılan arxeoloji qazıntılar zamanı müxtəlif növ silahlar tapılır: “Hərb tarixinin yazılmasında arxeologiya mühüm rol oynayır. Hərbi arxeologiyanın inkişafı və döyüş meydanlarında qazıntılar çoxlu yeniliklər qazandırır. Təəssüf ki, türk qəbirlərindən tapılan silahlar erməni xalqına aid edilib. Bunlar hərb tariximizin itirilmiş səhifələridir”.

Azərbaycan xalqının tarixində erməni daşnaklarının törətdiyi milli faciələr çox olduğunu, zaman-zaman Vətən tarixinə adını əbədi həkk etdirən sərkərdələrin, liderlərin yetişdiyini vurğulayan hərbi tarixçi bildirib ki, Daşnaksütyun Partiyası Osmanlı imperiyasına qarşı zərbə qüvvəsi kimi yaradılıb: “Azərbaycan hərbçiləri 19 və 20-ci əsrlədə baş verən bir sıra münaqişələrdə iştirak edərək müəyyən taktika və özünəməxsus hərbi strategiyaları ilə fərqləniblər. Kremlin Georgi zalında azərbaycanlı generalların siyahısı asılıb. Əliağa Şıxlinski gözlə görünməyən hədəfi nişan alan “Şıxlinski üçbucağı” hərbi-elmi nəzəriyyəsini kəşf etməklə tarixə düşüb. General Həzi Aslanov iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb”.

S.Əhmədov müasir və müstəqil Azərbaycanda ordu quruculuğunu, hərbi sektorun inkişafını yüksək qiymətləndirib, Qərbi Azərbaycana qayıdışla bağlı söyləyib ki, insanların Qərbi Azərbaycanda – öz tarixi vətənlərində yaşamaq hüququ olmalıdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə oktyabrın 21-də saat 18:30-da Youtube kanalında rus dilində yayımlanıb.

xxx

«Образцы оружия, найденные в тюркских погребениях приписывались армянскому народу» 

Сегодня на Бакинском телевидении в рамках проекта «Хроника Западного Азербайджана» вышел очередной выпуск на русском языке.

Гостем ведущей Эллады Сарван был доктор философии по истории, военный историк Сабухи Ахмедов.

Он рассказал об уровне военного искусства в древней государственности Азербайджана, о правлении Иреванского ханства как независимого государства и его армии: «В царское время и во времена СССР историю за нас писали. Уровень военного дела в Азербайджане был высоким с древнейших времён. Иреванское ханство было самым могущественным государством среди ханств. Российский генерал грузинского происхождения Павел Цицианов потнрпел бы поражение у стен Иревана». По его словам, при археологических раскопках находят различные виды оружия: «Археология играет важную роль в написании военной истории. Формирование военной археологии и проведение раскопок на месте боевых действий может дать много новшеств. К сожалению, оружие, найденное в турецких захоронениях, было приписано армянскому народу. Это утраченные страницы нашей военной истории». Военный историк, подчеркнув, что в истории азербайджанского народа немало национальных трагедий, совершённых армянскими дашнаками, и что время от времени появлялись полководцы и лидеры, навсегда вписавшие свои имена в историю Отечества, отметил, что партия «Дашнакцутюн» была создана как ударная сила против Османской империи: «Азербайджанские военнослужащие участвовали в ряде конфликтов XIX и XX веков, отличаясь особой тактикой и уникальными военными стратегиями. Списки азербайджанских генералов написаны на стенах в Георгиевском зале кремля. Изобретение А.Шихлинского вошло в историю под названием «Треугольник Шихлинского». Генерал Ази Асланов был дважды удостоен звания Героя Советского Союза». С. Ахмедов высоко оценил создание армии и развитие военной сферы в современном и независимом Азербайджане, а относительно возвращения в Западный Азербайджан заявил, что люди должны иметь право жить в Западном Азербайджане – на своей исторической родине.

Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названий наших исторических и древних земель, и предоставление информации о депортации азербайджанцев  армянами, о стертых названиях топонимов, существовавших на этих территориях, о бесчисленных образцах материальной культуры – древних поселениях, некрополей, курганов, остатков замков, дворцов и укреплений, караван-сараев, мостов, гробниц-саркофагов, хачкаров, каменных изваяний лошадей и баранов, храмов, церквей, мечетей, святых очагов, а также информирование мировой общественности о фактах, подтверждающих, что эта территория является чисто тюркско-огузским поселением.

Также придерживаясь мнения Президента Ильхама Алиева о Западном Азербайджане: “Карта начала XX века еще раз показывает, что Западный Азербайджан — это историческая земля Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы прекрасно знаем, что азербайджанский народ на протяжении всей истории проживал на территории нынешней Армении. Сейчас главная задача – донести это до мировой общественности”, содействовать решению задач, вытекающих из “Концепции возвращения”, подготовленной Общиной Западного Азербайджана.

Кроме того, данный проект призван осветить мысли историков и исследователей о Западном Азербайджане и истории жизни людей, подвергшихся депортации.

Передача вышла в эфир 21 октября в 18:30 на YouTube-канале Baku TV.

 

XƏBƏR LENTİ
Hərbi, Müsahibə / 21.10.2025 18:34
“General Həzi Aslanov nəyə görə iki dəfə Sovet İttifaqı Qəhrəmanı adını alıb?” - FOTO - VİDEO
Sosial / 21.10.2025 14:22
Bazarçay necə Vorotana oldu? – ANONS
Hərbi / 21.10.2025 13:36
Hərb tariximizin itirilmiş səhifələri – ANONS
İdman / 21.10.2025 08:26
Xatirə Turnirinin 1/4 mənzərəsi: epizodlar, qollar, oyunların CƏDVƏLİ - FOTO - VİDEO
Elm və təhsil, Müsahibə / 20.10.2025 23:03
“Mir Cəfər Bağırovun qəzəbinə tuş gələn akademik bütün vəzifələrini itirib” - VİDEO
İdman / 20.10.2025 00:34
“Dəmir Yumruq” və “Veteranlar” növbəti mərhələyə adlayıb - FOTO - VİDEO
İdman / 19.10.2025 08:45
Daha iki komanda adını bu gün yarımfinala yazdıracaq
Mədəni / 18.10.2025 23:53
“Nadir Şahdan bu günə gəlib çıxan qalxanın yaddaşı” - VİDEO
İdman / 18.10.2025 23:53
“İctimai TV” və “AzTV” yarımfinalda - FOTO
İdman / 18.10.2025 09:34
“İctimai TV”-“APA”, “AzTV”-“Zəfər 44” – kim yarımfinalçı olacaq?
Gündəm / 17.10.2025 23:17
“Kəndimiz Malatyadan gələn Yılanoğulları tayfasının adı ilə bağlıdır” - FOTO - VİDEO
Sosial / 17.10.2025 14:22
İlanlıda itməyən xatirələr – Şəmsi Qocanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
İdman / 17.10.2025 08:22
Şəhid jurnalistlərin xatirə turnirində 1/4 oyunları həftə sonu başlayır - FOTO
Siyasi / 16.10.2025 23:20
Doğum azalır, gediş artır: Ermənistan niyə əhalisini itirir? - VİDEO
Təhlil / 16.10.2025 14:22
Ermənilər Zəngəzuru sürətlə tərk edir – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 15.10.2025 23:10
“Türk” adlı yarımtanrı: Herakl analoqu kim idi? - VİDEO
Elm və təhsil, Mədəni / 15.10.2025 14:56
“Armeniak” arxasında gizlənən tarix – ANONS - VİDEO
Siyasi / 14.10.2025 23:07
Bağçacıq, Bazarkənd toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Mədəni / 14.10.2025 18:31
“Qoca İrəvan yer üzündən silinib, amma rəsmlərdə qalıb” - VİDEO
Sosial / 14.10.2025 15:03
İtirilmiş kəndlərin ağrılı tarixçəsi – ANONS
Müsahibə, Mədəni / 14.10.2025 13:45
“Qoca İrəvan rəsmlərdə qalıb” – ANONS - FOTO - VİDEO
İdman / 14.10.2025 09:22
Turnirin 3-cü turu – yaddaqalan anlar və fotokadrlar - FOTO
Müsahibə, Siyasi / 13.10.2025 21:43
“Hüseynquluağalı kəndinin adı bir neçə dəfə dəyişdirilib” - FOTO - VİDEO
İdman / 13.10.2025 11:58
Üçüncü turun mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO - VİDEO
İdman / 13.10.2025 00:44
“Baku TV” və daha 3 komanda adını 1/4 yazdırdı - FOTO
İdman / 12.10.2025 08:33
“AzTV”-“Baku TV” ilə, “Yurd.Media”-“Dəmir Yumruq”la bacaracaqmı?