İqtisadi 06.02.2020 22:07

“Türk Şurası 2025” strategiyası aktuallaşır - FOTO

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilib.

Rakus.az xəbər verir ki, iclasda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan xarici işlər nazirləri, Macarıstanın Xarici İşlər və Ticarət nazirinin müavini iştirak edib.

Nazirlər Fəxri Prezidentin statusunun müəyyənləşdirilməsi, təşkilata üzv olmayan ölkələr, habelə beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi məsələləri, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edib.

Xarici işlər nazirləri üzv ölkələr arasında iqtisadi əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, təşkilat daxilində birliyin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Təşkilatın perspektivlərini müəyyən edən “Türk Şurası 2025” adlı yeni strategiya müzakirə edilib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım edən beynəlxalq hökumətlərarası təşkilatdır. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir. Macarıstan müşahidəçi üzv statusuna malikdir. 2019-cu ilin sentyabrında Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olmaq barədə qərar qəbul edib.

Cavid Vəliyev
Cavid Vəliyev

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Xarici Siyasət şöbəsinin müdiri Cavid Vəliyev Amerikanın Səsinə müsahibəsində Türk Şurasına üzv dövlətlər arasında siyasi, iqtisadi, ticarət və turizmi əlaqələrinin dinamikasından danışıb.

Amerikanın Səsi: Azərbaycanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının xarici işlər nazirlərinin toplantısı keçirilib. Hazırda tükdilli dövlətlər arasında siyasi əlaqələrin səviyyəsini necə qiymətləndirərdiniz?

Cavid Vəliyev: Türk dövlətləri arasında siyasi münasibətləri iki cəhətdən analiz edə bilərik. İkitərəfli münasibətlər və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində münasibətlər. Məsələn, 1990-cı illərlə müqayisə edəndə bu gün münasibətlər çox yaxşı səviyyədədir. Qarşılıqlı bir dəstək mövcuddur. Bu gün xarici işlər nazirlərinin növbədənkənar iclasında müzakirə olunan məsələlərə baxdığımız zaman görürük ki, 2009-cu illərlə müqayisədə Türk Şurası inkişafdadır. Siyasi münasibətlərin inkişafı baxımından deyə bilərik ki, ötən ilin oktyabrında Azərbaycanda keçirilən Türk Şurasının zirvə görüşündə həm Türkiyənin antiterror əməliiyatına, həm də Dağlıq Qarabağ münaqişəsinə dəstək mesajı verildi. Bu cəhətdən biz, Türk Şurasına üzv olan dövlətlərin başqa regional təşkilatlara üzv olduğunu da görsək, eyni zamanda o təşkilatlarda da bir-birilərini dəstəklədiyini görə bilirik. Məsələn, Qazaxıstan nümunəsində, Avrasiya İqtisadi Təşkilatında və Kollektiv Təhlükəsizlik Təşkilatında Azərbaycanın mövqeyini dəstəklədi. Düşünürəm ki, siyasi münasibətlərin bu səviyyədə olması ikitərəfli münasibətlərə də çox müsbət təsir edir. İkitərəfli siyasi münasibətlər, xüsusən liderlər arasındakı yaxın münasibətlər qarşılıqlı olaraq Tük Şurasının inkişafına yaxşı təsir göstərir.

Amerikanın Səsi: Türk dövlətləri arasında siyasi əlaqələr, o cümlədən parlamentlərarası əlaqələr iqtisadi və ticarət əlaqələrinin inkişafına necə təsir edir?

Cavid Vəliyev: Təəssüflər olsun ki, bu gün ticarət əlaqələri arzu olunan səviyyədə deyil. Axırıncı zirvə görüşündə Azərbaycan prezidenti cənab İlham Əliyev bunu özü qeyd etdi və zirvə görüşündən sonra rəhbərlik Azərbaycana keçdi. Cənab prezident Azərbaycanın rəhbərliyi dövründə birinci ticarət əlaqələrinin, ikinci nəqliyyat əlaqələrinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirəcəyini dedi. Çünki, nəqliyyat əlaqələri yetərincə inkişaf etmədən ticarət əlaqələri də inkişaf etməycək. Bu gün təəssüflər olsun ki, ticarət əlaqələri arzuolunan səviyyədə deyil. Azərbaycanın xarici ticarətində sadəcə Türkiyə ikinci yerdədir. Türkiyənin xarici ticarətində ilk 20 yerdə türk dövlətləri yoxdur. Mərkəzi Asiya ölkələrinin xarici ticarətində də vəziyyət eynidir. Bu baxımdan düşünürəm ki, əlbəttə, siyasi münasibətlərin inkişaf etməsi, qarşılıqlı etimadın yaranması ticarət münasibətlərinə də müsbət təsir göstərəcək. Amma, ilk olaraq nəqliyyat sahəsinin, xüsusən Xəzər keçidli əlaqələrin inkişaf etdirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu ticarət əlaqəlrəinin inkişafına təkan verəcək.

Amerikanın Səsi: Bəs, turizmi əlaqələri necədir? Ölkələr arasında viza rejimi necə nizamlanır?

Cavid Vəliyev: Viza rejimi ləğv olundu. Bildiyiniz kimi, ilk olaraq Türkiyə başladı, Azərbaycan və Mərkəzi Asiya ölkələrinə vizanı ləğv etdi. Ötən ilin sentyabrında isə Azərbaycan Türkiyə vətəndaşlarına vizanı ləğv etdi. Hazırda Türliyə ilə Azərbaycan arasında vizasız gediş-gəlişin 90 günədək artırılması barədə müzakirə aparılır. Bildiyiniz kimi Azərbaycan qeyri-neft sektorunun inkişafı baxımından turizmə əhəmiyyət verir. Amma turizmi sadəcə ticari gəlir olaraq düşünmək lazım deyil. Turizmi eyni zamanda türk ölkələrinin mədəniyyətinin bir-birinə tanıtdırılması, inkişaf etdirilməsi və qorunması baxımından da əhəmiyyətlidir. Bildiyim qədər Türk Şurası çərçivəsində bu sahədə bir layihə var. İstanbulda yerləşən katiblik tərəfindən turizmin inkişafı, mədəniyyətlərin qorunması üçün bir layihə işlənib. Həmin layihə davam etdirilir.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO