Əminik ki, alimlər və tədqiqatçılar tərəfindən tarixi faktların qərəzsiz araşdırılması və qiymətləndirilməsi 105 il əvvəl baş vermiş hadisələrə aydınlıq gətirəcək”.
Türk Şurası “erməni soyqırımı” ilə bağlı bəyanat yaydı
Türk Şurasının Baş katibi Bağdad Amreyev “erməni soyqırımı” ilə bağlı bəyanat yayəb.
Rakus.az xəbər verir ki, bəyanatda erməni ideoloqlarının düşmənçilik niyyətinə əsaslanan və bəzi dövlətlər tərəfindən dəstəklənən qondarma erməni soyqırımı ilə əlaqədar Türkiyəyə qarşı irəli sürülən ittiham və iddialar tarixi saxtalaşdırmaqla siyasi məqsədlərə nail olmaq amalı daşıdığını söyləyib.
Bəyanatda deyilir ki, hadisələrə siyasi və hüquqi qiymət vermək və tarixi faktları öyrənmədən mühakimə etmək, xüsusən də bu, kollektiv şüurda nifrət, tarixi düşmənçilik və intiqam təhrikləri, insanların qorxudulması ilə edilirsə, xalqların qarşılıqlı anlayış və dinclik içində yaşamaq hüququnu təhdid edir:
“Regionda münaqişələr, qaçqın və məcburi köçkünlərlə bağlı problem əsasən bu hadisələrin məntiqi nəticələridir. Müasir beynəlxalq münasibətlər və indiyə qədər baş verən bütün faciələr şəffaf və ədalətli şəkildə öyrənilməlidir. Bu əsasda Türkiyə tərəfinin 1915-ci ilin hadisələrinin tarixçilər tərəfindən araşdırılması və bu məqsədlə arxivlərin açılması üçün Birgə Komissiya yaratmaq təşəbbüsü təqdirəlayiqdir.