Türkdilli dövlətlərlə iqtisadi inteqrasiya – Azərbaycanın prioritet mövqe sahibliyi – TƏHLİL
Türkdilli dövlətlərin tarixi əlaqələri təkcə ənənə, coğrafi, dini, ortaq mədəniyyət, dil və bu kimi meyar və dəyərlər deyil. Eyni zamanda ticari və iqtisadi əlaqələr də geniş rol oynamaqdadır.
Tarixi nöqteyi nəzərdən Türkdilli xalqlar arasında hər zaman sıx ticarət əlaqələr mövcüd olmuşdur. Günümüz əsas meyarı hesab edilən iqtisadi göstəricilərin və parametrlərin yaranmasına səbəb olmuşdur. Belə ki, tükrdilli xalqlar və ölkələr arasında mövcüd olan və bu günədək daha da inkişaf edən iqtisadi əlaqələr xalqlarımız arasında çox ciddi diplomatik və dərinləşmiş iqtisadi əlaqələrin zəmin tapmasına səbəb olmuşdur.
Bu gün Türk Dünyasının ölkələri arasında olan iqtisadi və siyasi əlaqələr özlüyündə Türkdilli xalqların və ölkələrin dünya iqtisadiyyatına tövhə payının artmasına səbəb olmaqdadır. Mövcüd olan 6 ölkənin və bir sıra muxtariyyatların, eyni zamanda Türkdillik xalqların ümumilikdə 300 milyondan artıq bir əhaliyə malik olması özlüyündə tövhə verəcək iqtisadi gücün miqyasından bir işarədir.
Son dövrlər regionda baş verən qlobal hadisələr, əsas etibarı ilə, Azərbaycanın müzəffər qələbəsi, Türkiyənin dünya miqyasında siyasi gücünün artması ona dəlalət edir ki, Türkdilli ölkələrin iqtisadi gücü bir prioritet olaraq daha da inkişaf meyarına qədəm qoymaqdadır. Bir məqama nəzər salmaq lazımdır ki, bu 6 müstəqil ölkənin ümumi ərazısı Avropa Birliyinin ümumi ərazisindən dəfələrlə çoxdur, yəni ümumilikdə 4.7 mln kv sahəyə malik bir iqtisadi və coğrafi məkandır.
Statistik nöqteyi nəzərdən onu qeyd etmək olar ki, bu ölkələrin iqtisadi resursları dünya iqtisadi məkanında xüsusi çəkiyə malikdirlər. Bu gün Qazaxıstanın 30 mlrd.-lıq neft ehtiyyatı, Azərbaycanın təqribi hesablamalara görə 10 mlrd.-lıq neft ehtiyyatı, eyni zamanda , Azərbaycanın təqribi olaraq 3 trilyonluq qaz ehtiyyatı, Türkmənistanın 13-14 trilyonluq qaz ehtiyyatına malik olmaları kifayət edir ki, Türk Dünyasının ümumi Dünya İqtisadiyyatına iqtisadi baxımdan təsirli gücə sahib olmuş olsun.
Xüsusi olaraq onu da qeyd etmək lazımdır ki, mövcüd olan Türk xaqlarının iqtisadi potensialı, daha dəqiq desək, alıcılıq portfeli dünya iqtisadiyyatında ümumi olaraq 3-4%-lik göstəriciyə malikdir. Digər tərəfdən, Türkdilli dövlətlərinin özlərinin də ərazi baxımından hər hansı qonşu dövlətləri ilə iqtisadi bloka daxil olması, ümumilikdə Türkdilli dövlətlərin iqtisadi gücünün təkanına səbəb olmaqdadır.
Təkcə onu qeyd edə bilərik ki, Azərbaycan türkdilli dövlətlərlə sıx iqtisadi əməkdaşlığı sayəsində həmin ölkələrə investisiya qoyuluşu 21-22 mlrd. Dollardan artıq vəsait təşkil edir. Həmin ölkələrin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu isə ümumilikdə 13-14 mlrd. Dollardan artıq vəsait təşkil etməkdədir.
Digər tərəfdən, İpək Yolunun inkişafı, Zəngəzur dəhlizinin açılması, Bakı Beynəlxalq Dəniz Limanın yaradılması, Bakı-Tbilisi-Qars dəmir yolunun 2017-ci ildə istifadəyə verilməsi, bundan əvvəl Bakı-Tbilisi-Ceyhan boru xəttinin istifadəyə verilməsi, 2007-ci Bakı-Tbilisi-Ərzurum boru kəmərinin, ümumilikdə istə Cənub Qaz Boru Kəmərinin, TANAP və TAP kimi dünya miqyaslı layihələrin istifadə edilməsi və s. bu kimi qlobal miqyaslı işlərin aparılması bir daha ona dəlalət edir ki, Azərbaycan yaxın gələcəkdə nə kimi vədlərin veriləcəyinə bir işarədir.
Bütün bunları nəzərə alaraq qeyd etmək kifayətdir ki, Azərbaycan çox yaxın gələcəkdə həm şərq-qərb, həmçinin də şimal-cənub dəhlizlərinə nəqliyyat və logistika, daşımaçılıq nöqteyi nəzərindən prioritet mövqe sahibliyi edəcəkdir.
Bölgədə Azərbaycanın iqtisadi gücünün artması, qeyd etdiyimiz kimi Türkdillik ölkələrin iqtisadi potenstialının daha da genişlənməsi təşəkkül etmiş olacaqdır. Bunun nəticəsidir ki, bu gün Azərbaycanda manat stabilliyi bir koridorda saxlanılır, inflyasiya ikili rəqəm çərçivəsinə daxil olmur, eyni zamanda, ölkəmizin iqtisadi gücü həmçinin də dünya iqtisadi sferasına addımların atılmasına sövq etmiş olur. Bütün bunlarla yanaşı, Böyük Zəfər nəticəsində Qarabağa reinteqrasiya proseslərinə geniş təkan verilmiş olacaqdır.
Türkdilli dövlətlərlə geniş miqyaslı iqtisadi əməkdaşlıq Qarabağ bölgəsinin də ən qısa zamanda iqtisadi potensialının artmasına səbəb olacaqdır. Belə ki, ötən beş illiyə nəzər saldıqda onu qeyd etmək olar ki, təkcə Orta Asiya dövlətləri ilə Azərbaycanın iqtisadi dövrüyyə və əməkdalığı statistik baxımından 2 dəfədən çox olmuşdur. Yəni, təkcə 2015-2016-cı illərlə müqayisədə Azərbaycana cəlb edilmiş xarici investisiyaların payında Türkdilli Dövlətlərin payı 2020-ci ildə 30%-ə yaxın olmuşdur. Əlbəttə ki, Türkiyənin bu payda yeri 97%-dən artıqdır. Yəni, daha çox investisiya paketinə Türkiyə nəzarət edir.
Azərbaycanın etibarlı bir tranzit olkəyə də çevrilməsi, və eyni zamanda, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat koridorlarının inkişafı Pakistan, Hindistan, Çin, İran və bu kimi nəhəng iqtisadi gücə malik ölkələrin də Azərbaycan iqtisadiyyatına, və ya əksinə, inteqrasiya olunmasına çox ciddi təkan vermiş olacaqdır.
Bununla da, yaxın onllikdə, Azərbaycan nəinki neft-qaz ixraçatçısı ölkəsi kimi bir mövqeyə sahib olacaqdır, eyni zamanda, geniş masştablı nəqliyyat dəhlizinin prioritet oyunçusuna çevriləcəkdir. Və, bütün bunlar bir daha Türkdilli Dövlətlərin daha da sıx iqtisadi əməkdaşlıq etməsinə və iqtisadi inteqrasiya edilməsin ciddi təsirlərə səbəb olacaqdır.
Nəticə etıbarı ilə, Azərbaycanı xüsusi çəkiyə malik bir iqtisadi potensial və gücə sahiblik edən ölkələr çərgəsində müşahidə etmiş olacayıq və bu amillər daha da pozitiv vədlərin gerçəkləşməsinə səbəb olmuş olacaqdır.
Qafar Əliyev – iqtisadçı-ekspert