Müsahibə 19.02.2024 20:59

“Türkiyə arxivlərində irəvanlı mühacirlər haqqında zəngin məlumatlar var” – MÜSAHİBƏ - FOTO - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Türkiyədə yaşayan azərbaycanlı tarixçi, araşdırmaçı Dilqəm Əhməd olub.

O, doğulduğu, lakin uşaq yaşlarında tərk etmək məcburiyyətində qaldığı Qərbi Azərbaycanın Zəngibasar mahalı, İrəvan şəhəri barədə danışıb. Bildirib ki, yuxularında tez-tez İrəvandakı evlərini görür, orada qayğısız şəkildə oynayır, həyətdə gəzib-dolaşır. Qeyd edib ki, insanın doğulduğu yerə gedə, oranı görə, babalarının məzarlarını ziyarət edə bilməməsi böyük faciədir. Ailəsinin, qohumlarının bir neçə dəfə deportasiyaya məruz qaldığını xatırladan D.Əhməd söyləyib ki, öz el-obasından, ata-baba yurdundan didərgin salınan insanların bir çoxu Vətən həsrəti ilə dünyalarını dəyişiblər.

Türkiyə arxivlərində çoxsaylı araşdırmalar aparan tarixçi vurğulayıb ki, vaxtilə erməni zülmündən canlarını qurtaran soydaşlarımız qardaş ölkəyə də pənah aparıblar. Onun sözlərinə görə, Türkiyə arxivlərində irəvanlı mühacirlər haqqında zəngin məlumatlar var. Araşdırmaçı soydaşlarımızla həmsöhbət olduğunu, onlar haqqında maraqlı məlumatlar topladığını diqqətə çatdıraraq, sadəcə Türkiyədə deyil, ümumən xarici ölkələrdə məskunlaşan Qərbi azərbaycanlıların daim Vətən eşqi ilə yaşadıqlarını vurğulayıb.

O, ötən əsrin 1918-1920-ci illərində mövcud olan Azərbaycan Demokratik Cümhuriyyətinin qurulmasında irəvanlı ziyalıların xidmətlərindən də danışıb. Bildirib ki, müsəlman Şərqinin ilk Demokratik Respublikasının yaradılmasında Qərbi Azərbaycan ziyalılarının mühüm rolu olub. Ötən əsrin əvvəlindəki ictimai-siyasi proseslərdən, qədim Azərbaycan şəhəri İrəvanın ermənilərə güzəştə gedilməsindən söhbət açan tarixçi o dövrdə irəvanlı deputatların bu qərara etiraz etdiyini qeyd edib.

“Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının başlıca vəzifəsi ölkəmiz barədə həqiqətlərin, ermənilər tərəfindən zaman-zaman xalqımızın başına gətirilən müsibətlərin dünya ictimaiyyətinə çatdırılmasıdır”, – söyləyən D.Əhməd Türkiyədə bu istiqamətdə gördüyü və planlaşdırdığı işlərdən də söhbət açıb. Onu da əlavə edib ki, Qarabağ Zəfəri soydaşlarımızda tarixi torpaqlarımıza qayıtmaq ümidini daha da artırıb. Tarixçi sonda vurğulayıb ki, İrəvanda, Göyçədə, Zəngəzurda yaşamaq hər bir azərbaycanlının haqqıdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

 

 

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş fevralın 19-da saat 19:30-da Baku Tv-nin efirində və “YouTube” kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS