Gündəm 05.07.2019 17:57

Türkiyə erməniləri təşvişə düşdü

Bu il iyunun 28-dən 30-a kimi Diasporla İş üzrə Dövlət Komitəsinin, Beynəlxalq Diaspor Mərkəzinin (BDM) və Beynəlxalq Əsassız Erməni İddialarıyla Mübarizə Dərnəyinin (ASİM-DER) təmsilçilərindən ibarət nümayəndə heyətinin Türkiyənin Van şəhərinə səfəri xüsusi ilə, Vandakı Akdamar adasındakı Akdamar Kilsəsini ziyarəti və həyata keçirilmiş məlumatlandırma kampaniyası Türkiyə ermənilərinin, erməni diasporunun ciddi narahatlılığına səbəb olub.

Rakus.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, belə ki, erməni yazıçı Hrant Dink və bir qrup erməni tərəfindən 1996-cı ildə təsis edilmiş türk və erməni dilində nəşr olunan “Agos” qəzetinin 5 iyul 2019-cu il tarixli 1202-ci nömrəsində “Bir bu əskikdir: Akdamara da sahib çıxdılar” sərlövhəli məqalə dərc olunub. Qəzetin 14-cü səhifəsində isə “Akdamar xristian türklərinə aid imiş…” başlıqlı yazıda nümayəndə heyətinin Akdamar Kilsəsinin ermənilərin iddia etdiyi kimi, ermənilərə deyil türk-xristian mədəniyyətinə aid olmasını təsdiq edən sənədlərin mövcud olduğu və yaxın vaxtlarda Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və digər qurumların bir əməkdaşlığı çərçivəsində elmi-praktik konfransın, mədəni və digər tədbirlərin keçiriləcəyi qeyd edilmişdir. Bununla yanaşı, kilsənin ermənilərə deyil bütün dünya xristianlarının ortaq məbədi olduğu və Qafqaz xristianlarının burada birgə ayinləri yerinə yetirilməsinin həyata keçiriləyi nəzərdə tutulur.

Məqalədə Akdamar kilsəsinin 90 ildir istifadə edilmədiyi və Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə restavrasiya edilərək, 2007-ci ildə muzey kimi ziyarətçilərin istifadəsinə verildiyi və açılış mərasimində Türkiyə Ermənilərinin sabiq Patriarxı, Patrix Mesrop Mutafyanın çıxışında da məbədi erməni kilsəsi adlandırdığı bildirilmişdir.

Xatırladaq ki, son zamanlar Ermənistandan həm rəsmi, həm də digər şəxşlərin bu Van və ətraf bölgələrə səfərlərinin intevsivləşdiyi, Türkiyənin müxtəlif bələdiyyə rəhbərləri ilə keçirilən görüşlərdə turizm, mədəniyyət və digər istiqamətlərdə müxtəlif layihələrin eləcə də, Akdamar Kilsəsində Ermənistan bayrağının nümayiş etdirilməsi Azərbaycan ictimaiyyəti tərəfindən ciddi narahatlıqla qarşılanmaqla yanaşı bunun araxasında onların məkrli planların durduğu kimi qiymətləndirilmişdir.

Nümayəndə heyəti Azərbaycanlıların kompakt məskunlaşdıqları Van Alaköy kəndində də görüş keçirib. Alaköy kənd Muxtarlığında keçirilən görüşdə Dövlət Komitəsinin nümayəndəsi Kənan Məmmədov Azərbaycanın mədəni irsinin təbliği və qorunması istiqamətində görülən işlər, eləcə də soydaşlarımızın kompakt məskunlaşdıqları Van və ətraf bölgələrdə həyata keçiriləcək tədbirlərlə bağlı məlumat verib. Bildirilib ki, Türkiyənin Şərqi Anadolu bölgəsində, o cümlədən Vanda yaşayan soydaşlarımızın öz milli-mədəni mənsubiyyətlərini qoruyub saxlaması, gənc və böyüməkdə olan nəslin Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmaları, onların milli-mənəvi ruhda böyüməsi istiqamətində yaxın vaxtlarda silsilə tədbirlərin təşkili nəzərdə tutulur. Bu görüşün də həmin tədbirlərə hazırlıq məqsədi daşıdığı diqqətə çatdırılıb.

Alaköy kənd muxtarı Zeki Akyürek Azərbaycan nümayəndə heyətinə görüş üçün təşəkkür edib. Dövlət Komitəsi tərəfindən Van şəhərində soydaşlarımızla bağlı planlaşdırılan tədbirər ətrafında fikir mübadiləsi aparıldı və bir sıra təkliflər səsləndirildi.

Sonra, Şəhid Çetin Aysan adına Alaköy kənd orta məktəbinin şağirdlərinə Dövlət Komitəsi adından 250 ədəd müxtəlif oyuncaq və Azərbaycan bayraqları hədiyyə edilib.

Xatırladaq ki, Türkiyədə etnik azərbaycanlıların kompakt yaşadığı ərazilərdən biri də Van bölgəsi hesab olunur. Van şəhərinin 10-dan çox kənd əhalisinin mütləq əksəriyyətini vaxtilə İrandan buraya köçmüş etnik azərbaycanlılar təşkil edir.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO