Türkiyə Fransa, Portuqaliya Ukrayna ilə qarşılaşacaq
AVRO-2020-nin seçmə mərhələsi davam edir.
Rakus.az xəbər verir ki, VIII turun ikinci oyun günündə yeddi qarşılaşma keçiriləcək.
Qonşu Türkiyə yığması bu gün AVRO-2020-nin final mərhələsinə vəsiqəni təmin edə bilər. Bunun üçün “ay-ulduzlular” Fransa səfərində qalib gəlməli, İslandiya Andorra ilə matçda xal itirməlidir. Əgər Andorra qələbə qazanaraq sensasiyaya imza atsa, türkiyəlilər heç-heçə ilə də istəyinə çatır. Fransa isə qələbə qazansa, vəsiqəni təmin edəcək.
A qrupunda Bolqarıstanla görüşəcək İngiltərənin də vəsiqəyə yiyələnməsi həm öz qələbəsi, həm də Kosovonun uduzmasından asılıdır.
B qrupunda liderlər Ukrayna və Portuqaliya görüşəcək. Meydan sahibləri uduzmasa, final mərhələsinə vəsiqə qazanacaq. Portuqaliyanın buna nail olması isə Serbiyanın büdrəməsindən asılıdır.
Qeyd edək ki, seçmə mərhələnin VIII turu oktyabrın 13-də başlayıb.
AVRO-2020-nin seçmə mərhələsi
VIII tur
14 oktyabr
A qrupu
22:45. Kosovo – Monteneqro
22:45. Bolqarıstan – İngiltərə
1 | İngiltərə | 5 | 4 | 0 | 1 | 20-6 | 12 |
2 | Çexiya | 6 | 4 | 0 | 2 | 11-9 | 12 |
3 | Kosovo | 5 | 2 | 2 | 1 | 10-10 | 8 |
4 | Monteneqro | 6 | 0 | 3 | 3 | 3-13 | 3 |
5 | Bolqarıstan | 6 | 0 | 3 | 3 | 5-11 | 3 |
B qrupu
22:45. Ukrayna – Portuqaliya
22:45. Litva – Serbiya
1 | Ukrayna | 6 | 5 | 1 | 0 | 13-1 | 16 |
2 | Portuqaliya | 5 | 3 | 2 | 0 | 13-4 | 11 |
3 | Serbiya | 5 | 2 | 1 | 2 | 10-12 | 7 |
4 | Lüksemburq | 6 | 1 | 1 | 4 | 5-11 | 4 |
5 | Litva | 6 | 0 | 1 | 5 | 4-17 | 1 |
H qrupu
22:45. Moldova – Albaniya
22:45. İslandiya – Andorra
22:45. Fransa – Türkiyə
1 | Türkiyə | 7 | 6 | 0 | 1 | 15-2 | 18 |
2 | Fransa | 7 | 6 | 0 | 1 | 20-4 | 18 |
3 | İslandiya | 7 | 4 | 0 | 3 | 10-10 | 12 |
4 | Albaniya | 7 | 3 | 0 | 4 | 10-10 | 9 |
5 | Andorra | 7 | 1 | 0 | 6 | 1-14 | 3 |
6 | Moldova | 7 | 1 | 0 | 6 | 2-18 | 3 |