İdman 11.06.2019 10:46

Türkiyə yığması İslandiyanın qonağı olacaq – AFİŞA

Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində IV turun son 13 oyunu keçiriləcək.

Rakus.az xəbər verir ki, 5 qrupu əhatə edəcək qarşılaşmalar içərisində daha çox İslandiya – Türkiyə görüşü diqqət mərkəzində olacaq. “Ay-ulduzlular” ilk 4 matçda qol buraxmadan qalib gəlib və hazırda H qrupunun vahid lideridir. Şenol Günəşin baş məşqçi olduğu kollektiv indiyədək İslandiyaya səfərdə qalib gələ bilməyib. Oyundan əvvəl Reykyavik hava limanında qonaq komandaya yaradılan problemlər ciddi narazılıq doğurub. Bu isə qarşılaşmaya marağı daha da artırıb. İslandiya qələbə qazanacağı təqdirdə, Türkiyə ilə xallarını bərabərləşdirəcək.

Azərbaycan millisinin Slovakiyanı qəbul edəcəyi E qrupunda daha bir oyun lider Macarıstanla cəmi 3 xalı olan Uels arasında keçiriləcək. Yığmanın sabiq baş məşqçisi Robert Prosineçkinin hazırda rəhbərlik etdiyi Bosniya və Herseqovina isə İtaliyanın qonağı olacaq. Meydan sahibləri 3 oyundan 9 xalla J qrupuna başçılıq edirsə, qonaqların cəmi 4 xalı var.

C qrupu

22:45. Almaniya – Estoniya

22:45. Belarus – Şimali İrlandiya

Xal durumu: Ş.İrlandiya – 9 (3 oyuna), Almaniya – 6 (2), Hollandiya – 3 (2), Estoniya – 0 (2), Belarus – 0 (3).

E qrupu

20:00. Azərbaycan – Slovakiya

22:45. Macarıstan – Uels

Xal durumu: Macarıstan – 6 (3 oyuna), Xorvatiya – 6 (3), Slovakiya – 3 (2), Uels – 3 (2), Azərbaycan – 0 (2).

H qrupu

22:45. İslandiya – Türkiyə

22:45. Andorra – Fransa

22:45. Albaniya – Moldova

Xal durumu: Türkiyə – 9, Fransa – 6, İslandiya – 6, Albaniya – 3, Moldova – 3, Andorra – 0.

I qrupu

18:00. Qazaxıstan – San Marino

22:45. Rusiya – Kipr

22:45. Belçika – Şotlandiya

Xal durumu: Belçika – 9, Rusiya – 6, Şotlandiya – 6, Kipr – 3, Qazaxıstan – 3, San Marino – 0.

J qrupu

22:45. İtaliya – Bosniya və Herseqovina

22:45. Yunanıstan – Ermənistan

22:45. Lixtenşteyn – Finlandiya

Xal durumu: İtaliya – 9, Finlandiya – 6, Yunanıstan – 4, Bosniya və Hersoqovina – 4, Ermənistan – 3, Lixtenşteyn – 0.

(report.az)

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS