Gündəm 04.11.2023 11:02

Şəhid jurnalistlərin Xatirə Turniri başa çatır – Qalib kim olacaq?

Zəfər Günü (8 Noyabr) münasibətilə Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 2-ci Ənənəvi Futbol Turniridə noyabrın 5-də final oyunu və bağlanış mərasimi keçiriləcək.

Rakus.az xəbər verir ki, bazar günü Bakı Tennis Akademiyasının stadionunda ilk  olaraq 3-cü yer uğurunda mübarizə başlayacaq. Saat 19:00-da “Ardanış” ilə “Loru-Borçalı” qarşılaşacaq. Hər iki komanda bürünc medal üçün tər tökəcək.

Heyətləri belədir:

“Ardanış” – Aqil Qurbanov, Şükür Məmmədalıyev, İsa İsayev, Araz Qurbanov, Kamran Əhmədli, Emin Ələsgərov, Zaur Hüseynov, Emin İmaməliyev, Bayram Süleymanov, İsrafil İsmayılov, Hüseyn Qarayev, Abdul Nağıyev.

“Loru-Borçalı”-Hidayət Xuduyev, Şah Xasıyev, Pərvin Musayev, Elşən Nəsibov, Səhman Xasıyev, Elçin Nəsibov, Anar Verdiyev, Elçin İsmayılov, Nəcəf Nəcəfzadə, Rasim Dəmirçəlli, Elvin İsmayılov, Orxan Qəhrəmanov.

05 noyabr
3-cü yer 

19:00 “Ardanış” – “Loru-Borçalı”

Bu görüşdən sonra final görüşünə start veriləcək.

Turnirin sürpriz komandası olan “İrəvan” sarı-qırmızılar ləqəbli  “Çəmbərək” ilə gücünü yoxlayacaq. Oyun taktikasına görə bir-birindən fərqlənən komandaların sahəyə hansı heyətlə çıxacağı maraq doğurur.

Bu matç həm də “ən yaxşı oyunçu”, “ən çox qol vuran oyunçu” nominasiyalarının müəyyənləşməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.

Heyətlər belədir:

“İrəvan”- Emin Zeynalov, İsmayıl Babayev, Ümman Ağamalıyev, Ceyhun Bayramov, Ceyhun Şirinli, Turqay Babayev, Rafail Abbasov, İlkin Ələsgərov, Elyar Həsənov, Ülvi Əliyev, Rauf Əmiraslanov, Valeh Mehrəliyev.

“Çəmbərək” – Azər Hüseynov, Emin Qasımov, Qasım Məmmədov, Ramiz Hüseynov, Tariq Qasımov, Nicat İbrahimov, Vüsal Hüseynov, Azər Məmmədzadə, Ramazan Abbasov, Vüqar Hüseynov, Azad Əliyev, Murad Məmmədov.

Final qarşılaşması başa çatdıqdan sonra turnirin bağlanış mərasimi keçiriləcək. Qaliblərə və iştirakçılara kubok, medal və təşəkkürnamələr təqdim olunacaq.

Final 

20:00 “İrəvan” – “Çəmbərək”

Bağlanış mərasimi 

Hazırda bombardirlik siyahısına 12 qolla Nəcəf Nəcəfzadə başçılıq edir. Anar Verdiyev (11), Azad Əliyev (11), Ümman Ağamalıyev (9), Hüseyn Qarayev (7)  qol vurub.

Xatırladaq ki, Ardanış Futbol Akademiyasının və Rakus.az saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının və Azərbaycan Vəkillər Kollegiyasının dəstəyi ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz Mustafayevin, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.

Bu il turnirdə 8 komanda – “Qərbi Azərbaycan” (AZƏRTAC), “Zəngəzur” (AzTv),  “İrəvan” (Vəkillər Kollegiyası), “Göyçə”, “Loru-Borçalı”, “Qaraqoyunlu”, “Çəmbərək” və “Ardanış” adı altında mübarizə aparacaq. Medianı “Qərbi Azərbaycan” adı ilə AZƏRTAC, “Zəngəzur” adı ilə AzTv təmsil edir.

Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”, “ən çox qol vuran”, “nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələr nəzərdə tutulur.

Ənənəvi Xatirə Turnirinə informasiya dəstəyini AZƏRTAC, AzTv, “Report” İnformasiya Agentliyi və Rakus.az saytı verir.

 

XƏBƏR LENTİ
Gündəm, İdman / 04.11.2023 11:02
Şəhid jurnalistlərin Xatirə Turniri başa çatır – Qalib kim olacaq?
Maraqlı, Sosial / 03.11.2023 20:00
“Ermənilər butulkalara benzin doldurub azərbaycanlıların evlərinə atırdılar” - FOTO
Maraqlı / 03.11.2023 13:38
“Qafanda yaşamaq istəyirəm”- Rəşad Həsənovun “Həyat Hekayəsi” – ANONS
İdman / 03.11.2023 09:03
Yaddaqalan məqamlar – Diqqətçəkən mənzərə - FOTO
Dünya, Siyasi, Təhlil / 02.11.2023 19:57
Beynəlxalq təşkilatlar Qərbi azərbaycanlıların qayıdışı prosesinə başlayır?!
İdman / 02.11.2023 11:40
Yarımfinal – epizodlar, qollar, bombardirlər, FİNALIN ANONSU - VİDEO
Siyasi / 02.11.2023 10:00
Qərbi Azərbaycan İcmasının məktubu BMT-nin ali orqanlarının rəsmi sənədləri kimi yayılıb
İdman / 01.11.2023 22:15
“İrəvan” və” Çəmbərək” finala vəsiqə qazanıb - FOTO
Siyasi / 01.11.2023 19:59
Axta ermənilərin yaşayış məntəqəsinə necə çevrildi? - FOTO - VİDEO
Sosial / 01.11.2023 15:38
Salyanda şəhid övladlarının müayinə aksiyası keçirilib - FOTO
Sosial / 01.11.2023 13:45
Ermənilərin Axtada izitirmə planı – ANONS - VİDEO
Mədəni / 01.11.2023 11:10
“Qərbi Azərbaycanın tarixi abidələri və mədəni irsi” – sərgi və fotoalbomun təqdimatı - FOTO
Siyasi / 31.10.2023 19:53
Ermənistan Qarabağ ermənilərinə qaçqın statusu vermir - FOTO - VİDEO
Müsahibə / 31.10.2023 19:12
“Ermənilərdə terror təşkilatları üstünlük təşkil edib” – MÜSAHİBƏ - FOTO - VİDEO
Elm və təhsil / 31.10.2023 17:43
Qədim İrəvan – Hər daşı bir abidə - FOTO
İdman / 31.10.2023 16:12
Şəhid jurnalistlərin Xatirə Turnirində yarımfinalçılar DUELƏ ÇIXIR
Dünya, Siyasi / 31.10.2023 14:00
Göyçə və Zəngəzur boşalır, 60 min erməni evləri tərk edib – ANONS - VİDEO
Müsahibə / 30.10.2023 20:20
“Qərbi Azərbaycana qayıdış mərhələli şəkildə həyata keçiriləcək” - FOTO - VİDEO
Gündəm / 30.10.2023 12:15
Turnirin 3-cü turu – yaddaqalan məqamlar - FOTO
İdman / 30.10.2023 11:00
Üçüncü tur – epizodlar, qollar, bombardirlər, növbəti oyunlar – CƏDVƏL - VİDEO
İdman / 29.10.2023 23:01
Üçüncü tur yekunlaşdı, yarımfinalçılar bəlli oldu - FOTO
Hərbi / 29.10.2023 21:26
Qərbi azərbaycanlı qəhrəman haqqında bilinməyənlər - VİDEO
İdman / 28.10.2023 21:31
“Loru-Borçalı” adını yarımfinalçılar sırasına yazdırıb
Gündəm / 28.10.2023 19:50
Bayandur xanın məzarı yerləşən Toxluca kəndi
Hadisə, Maraqlı, Video müsahibə / 27.10.2023 20:00
“Qaraçantada qalan məktəbli çantamı mütləq gedib axtaracam…” - FOTO - VİDEO
Elm və təhsil / 27.10.2023 17:49
İstanbulda Dilarə Seyidzadənin monoqrafiyasının təqdimatı olub - FOTO - VİDEO