Üç cüdoçumuz 1/8 finaldadı

Belarusun paytaxtı Minskə keçirilən II Avropa Oyunlarında cüdoçuların mübarizəsi davam edir.
Rakus.az xəbər verir ki, üçüncü yarış günündə daha 5 idmançımız tatami üzərinə çıxacaq.
Kişilərin yarışında 90 kq çəkidə mübarizə aparan cüdoçumuz Məmmədəli Mehdiyev 1/16 finalda Yahor Varapayevlə (Belarus) qarşılaşıb və qələbə qazanıb. Mehdiyevin 1/8 finaldakı rəqibi Aurilyena Disse (Fransa) olacaq.
Elmar Qasımov (100 kq) 1/16 finalda ukraynalı Anton Savitki ilə üz-üzə gəlib. Rəqibini məğlub edən cüdoçumuz növbəti mərhələdə estoniyalı Qriqori Minaskinlə qarşılaşacaq.
Zelim Kotsoyev (100 kq) 1/16 finalda Boyan Dosenə (Serbiya) qalib gələrək, 1/8 finala adlayıb. Onun bu mərhələdəki rəqibi Toma Nikiforov (Belçika) olacaq.
Uşanqi Kokauri (100+) isə 1/8 finalda Vinçentso Darko (İtaliya)/Vito Draqiç (Sloveniya) cütünün qalibi ilə qarşılaşacaq.