İdman 30.10.2023 11:00

Üçüncü tur – epizodlar, qollar, bombardirlər, növbəti oyunlar – CƏDVƏL - VİDEO

Zəfər Günü (8 Noyabr) münasibətilə Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 2-ci Ənənəvi Futbol Turniri davam edir. 

Rakus.az xəbər verir ki, sabah, oktyabrın 28-də  və 29-da turnirin sonuncu- 3-cü turu keçirilib, A və B qrupü üzrə 3 görüş baş tutub. Bir oyunda isə texniki məğlubiyyət qeydə alınıb.

Beləliklə, noyabrın 1-də baş tutacaq yarımfinal oyunlarının 4 iştirakçısı tam bəlli olub.

Oktyabrın 28-də meydana ilk olaraqA qrupu üzrə “Göyçə” ilə “Loru-Borçalı” komandaları çıxıb. Böyük maraq doğuran bu qarşılaşmada “Loru-Borçalı” rəqibini  7:4 məğlub edib.

B qrupu üzrə “İrəvan” – “Qərbi Azərbaycan” qarşılaşması olub. Görüşdə “İrəvan” rəqibin qapısından 10 qol keçirib, 3 top buraxıb.

28 oktyabr

A qrupu

19:30 “Göyçə” – “Loru-Borçalı” – 4:7

Qollar: Anar Verdiyev 3, Nəcəf Nəcəfov 3, Səhman Xasıyev 1
Ramin Məmmədov, Cavidan Məmişov, Abdulla Mustafayev. Tahir Ələsgərov

B qrupu

28 oktyabr

A qrupu

20:30 “İrəvan” – “Qərbi Azərbaycan” – 10:3

Qollar: Valeh Mehralıyev, İlkin Ələsgərov, Ümman Ağamalıyev 4, Emin Zeynalov, Rauf Əmiraslanov 2, Rəfail Abbasov

Balamir Əzimov, Hümbət Məmmədov, İlkin Cavanşirov

Oktyabrın 29-da – bazar günü A qrupunda “Ardanış” – “Çəmbərək” görüşü yaddaqalan olub. Qarşılıqlı hücum dolu qarşılaşmada “Çəmbərək” daha üstün olub və  sahədən 4:3 qalib ayrılıb.

29 oktyabr
B qrupu, saat 19:30
“Ardanış”-“Çəmbərək” – 3:4
Qollar: Vüqar Hüseynov 2, Tariq Qasımov, Azad Əliyev
Hüseyn Qarayev 2, Emin İmaməliyev 1

B qrupunda digər oyun “Qaraqoyunlu” ilə “Zəngəzur” arasında olmalı idi.  Lakin “Zəngəzur” komandasının oyuna gələ bilməyib. Nəticədə turnirin Təşkilat Komitəsinin qərarı ilə həmin komandaya 3:0 texniki məğlubiyyət verilib və “Qaraqoyunlu”nun aktivinə 3 xal yazılıb.

29 oktyabr 
B qrupu
“Zəngəzur” – “Qaraqoyunlu” – 0:3
Görüşlər Bakı Tennis Akademiyasında saat 19:30-da və 20:30-da başlayıb. Oyunları AFFA kökənli hakim Nail Nağıyev, Kamil Aydınov, Maqsud Şamıyev idarə ediblər.
xxx
Beləliklə, turnirdə yarımfinalçılar bəlli olub. A qrupundan 9 xal toplayan “Çəmbərək” və 6 xala sahib olan “Ardanış”, B qrupunda 9 xalla “İrəvan”, 6 xalla “Loru-Borçalı” yarımfinala adlarını yazdırıblar.

A qrupunda rəqiblərindən geri qalmayan “Göyçə” və “Qərbi Azərbaycan”, B qrupunda isə ən gənc oyunçulara sahib “Qaraqoyunlu” və “Zəngəzur” mübarizəni dayandırıb.

Hazırda bombardirlik siyahısına 10 qolla Anar Verdiyev və Nəcəf Nəcəfzadə (hər ikisi “Loru-Borçalı”) başçılıq edir.

A qrupunun birincisi “İrəvan” B qrupunun 2-cisi “Ardanış ilə, B qrupunun birincisi “Çəmbərək” A qrupunun 2-cisi “Loru- Borçalı” ilə qarşılaşacaq.

Yarımfinal oyunları noyabrın 1-də saat 20:00-da və 21:00-da baş tutacaq.

1 noyabr 

Yarımfinal

saat 20:00 “İrəvan” – “Ardanış”

saat 21:00 “Çəmbərək” – “Loru-Borçalı”

Final, 3-cü yer uğurunda görüş və bağlanış mərasimi bazar günü – noyabrın 5-də Bakı Tennis Akademiyasında keçiriləcək.

5 noyabr

19:00 III yer uğrunda görüş

20:00 Final və bağlanış mərasimi

Xatırladaq ki, Ardanış Futbol Akademiyasının və Rakus.az saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının və Azərbaycan Vəkillər Kollegiyasının dəstəyi ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz Mustafayevin, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir. Ənənəvi Futbol Turnirində 8 komanda – “Ardanış”, “Göyçə”, “Loru-Borçalı”, “İrəvan”, “Qərbi Azərbaycan”, “Zəngəzur”, “Çəmbərək” və “Qaraqoyunlu” mübarizə aparır.

 

XƏBƏR LENTİ
İdman / 30.10.2023 11:00
Üçüncü tur – epizodlar, qollar, bombardirlər, növbəti oyunlar – CƏDVƏL - VİDEO
İdman / 29.10.2023 23:01
Üçüncü tur yekunlaşdı, yarımfinalçılar bəlli oldu
Hərbi / 29.10.2023 21:26
Qərbi azərbaycanlı qəhrəman haqqında bilinməyənlər - VİDEO
İdman / 28.10.2023 21:31
“Loru-Borçalı” adını yarımfinalçılar sırasına yazdırıb
Gündəm / 28.10.2023 19:50
Bayandur xanın məzarı yerləşən Toxluca kəndi
Hadisə, Maraqlı, Video müsahibə / 27.10.2023 20:00
“Qaraçantada qalan məktəbli çantamı mütləq gedib axtaracam…” - FOTO - VİDEO
Maraqlı, Sosial / 27.10.2023 14:24
“Qaraçantalı 11 yaşlı uşağın daşlaşmış xatirəsi” – ANONS
Sosial / 27.10.2023 11:52
“Vəli müəllim həqiqətən də ölənə kimi yaşadı” – OĞULUN QEYDLƏRİ
İdman / 27.10.2023 10:36
Şəhid jurnalistlərin Xatirə Turnirində son tur həftəsonu yekunlaşır - FOTO
Mətbuat / 27.10.2023 07:29
Etibarlı istinad mənbəyinə çevrilən 9 yaşlı “Report”
Dünya, Siyasi / 26.10.2023 19:40
Avropa İttifaqının müşahidəçiləri Ermənistanda absurd missiya həyata keçirirlər - FOTO - VİDEO
Dünya, Siyasi / 26.10.2023 14:04
Ermənilərin və avropalı missonerlərin fırıldağı – ANONS - VİDEO
Siyasi, Sosial / 25.10.2023 19:56
“Ermənilərin Ağində saxtalaşdırma əməliyyatı” - FOTO - VİDEO
Mətbuat / 25.10.2023 18:21
MEDİA Agentliyində Türkiyə İnternet Media Birliyinin rəsmiləri ilə görüş keçirilib - FOTO
Siyasi, Təhlil / 25.10.2023 16:28
Avropalı vasitəçilərə etimadsızlıq – Nəticəsiz qalan təşəbbüslər – TƏHLİL
Hadisə, Mətbuat / 25.10.2023 14:23
Ermənilər Ağinə niyə Türkiyədən köçürülüb? – ANONS - VİDEO
Gündəm, Siyasi / 24.10.2023 20:11
Erməni alim saxta tarix düzəldənlərin gizli əməlini ifşa etdi - FOTO - VİDEO
Siyasi / 24.10.2023 19:05
“Erməni alimləri yazırlar ki, tarixdə “Böyük Ermənistan” olmayıb” - FOTO - VİDEO
Elm və təhsil, Sosial / 24.10.2023 12:59
Nərimanlı gəncləri dövlətçiliyin güclənməsinə töhfə verirlər - FOTO
İdman / 24.10.2023 10:17
İkinci tur oyunlarının XÜLASƏSİ - VİDEO
İqtisadi, Video müsahibə / 23.10.2023 21:00
“Ermənistanı 85 faiz kənd təsərrüfatı məhsulları ilə azərbaycanlılar təmin edib”– MÜSAHİBƏ - VİDEO
İqtisadi, Müsahibə / 23.10.2023 14:03
“Ardanış Alban türklərinin yaşadığı qədim yaşayış məskənidir” – ANONS - VİDEO
İdman / 23.10.2023 12:59
Turnirin 2-ci turu – yaddaqalan məqamlar - FOTO
İdman, Maraqlı / 23.10.2023 10:17
İkinci turun mənzərəsi: epizodlar, qollar və bombardirlər – CƏDVƏL - VİDEO
Gündəm, İdman / 22.10.2023 23:25
“Çəmbərək”, “Ardanış” və “İrəvan” adını yarımfinala yazdırıb
Mədəni / 22.10.2023 19:58
Qərbi Azərbaycan incəsənəti barədə bilinməyənlər - FOTO - VİDEO