UEFA çempionatları ləğv etməməyə çağırdı
UEFA yerli çempionatların vaxtından əvvəl tamamlanmasının əsassız bir qərar olduğunu düşünür.
Rakus.az xəbər verir ki, quruma üzv olan 55 assosiasiyaya məktub göndərilib.
UEFA cari çempionatları ləğv etməməyi tövsiyə etdi və futbolu yaxın gələcəkdə bərpa olunacağına ümid etdiyini bildirib: “Bu mərhələdə daxili yarışlardan imtina etmək üçün verilən hər hansı bir qərar əsassızdır. Yaxın aylarda futbol dövlət orqanlarının tələb etdiyi şərtlərlə davam edə bilər. Turnirlərin qaliblərinin yalnız nəticələr əsasında müəyyənləşdirilməsi lazımdır. Mövcud olmayanda mövsümün sona çatması son seçim olmalıdır”.
Qurum vurğulayıb ki, pandemiyanın yarışların qaydalara uyğun keçirilməsinə mane olmaması da zəruridir.
Xatırladaq ki, daha öncə Belçikada çempionat ləğv olunub və “Brügge” çempion elan edilib.