AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Macarıstan yığmasının futbolçusu Laslo Klaynhayslerin cəza müddəti artırılıb.
Rakus.az xəbər verir ki, UEFA İntizam Komitəsi ona 2 oyunluq cəza kəsib.
Xorvatiya ilə qarşılaşmanın 56-cı dəqiqəsində ikinci sarı vərəqə ilə meydandan qovulan Klaynhaysler bu səbəbdən millimizlə görüşü buraxmalı olmuşdu. Lakin qitə futbol qurumu onu 2 oyunluq diskvalifikasiya etmək qərarına gəlib. Bu da o deməkdi ki, “Osiyek”in oyunçusu seçmə mərhələnin Uelsə qarşı keçiriləcək oyun matçını buraxacaq.
Xatırladaq ki, Uels – Macarıstan görüşü noyabrın 19-da baş tutacaq.