UEFA hakimlərə 2019-20 mövsümü üçün hazırlıq kursu təşkil edəcək.
Rakus.az xəbər verir ki, ən yaxşı hakimlərin kursuna iyulun 31-də start veriləcək.
Zaqrebdə təşkil edəcək mövsümöncəsi toplanışa Elit və I kateqoriyalı kişi və qadın referilər dəvət edilib. Elit kateqoriyadan 42, I kateqoriyadan isə 65 hakim hazırlığa qatılacaq. Onlar arasında azərbaycanlı FIFA referisi Əliyar Ağayev də olacaq.
Kurs dönəmində bir qrup hakim də videotəkrar (VAR) sistemi üzərində işləyəcək.
Xatırladaq ki, toplanış avqustun 2-dək davam edəcək.