Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA-nın reytinq siyahısı müəyyənləşib.
Rakus.az xəbər verir ki, “Neftçi”nin Moldova təmsilçisi “Sperantsa” üzərində 6:0 hesablı qələbəsi Azərbaycanın aktivinə yenə 0,250 xal qazandırıb. Təəssüf ki, “Səbail” ardıcıl ikinci məğlubiyyətini alaraq, reytinqə töhvə verə bilməyib.
Son 5 mövsümün ümumi nəticələrinə əsasən reytinq xalını 16,250-yə çatdıran Azərbaycan 26-cı pillədə qalıb.