İdman 15.10.2019 11:38

UEFA RK-da potensial rəqiblər müəyyənləşdi

UEFA Regionlar Kubokunun 2020/2021 mövsümü üçün püşkatmasının tarixi açıqlanıb.

Rakus.az xəbər verir ki, dekabrın 3-də Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq tədbirdə AFFA-nın təşkil etdiyi Region Liqasının 2019/2020 mövsümünün qalibinin də rəqibləri bəlli olacaq.

Yarışda UEFA-ya üzv olan 55 milli assosiasiyadan 36-nın təmsilçisi iştirak edəcək. Püşkatma zamanı ölkələrin adları qeyd olunacaq və hər bir yerli federasiya yarışa göndərəcəyi kollektivi daxili turnirlə müəyyənləşdirəcək. Malta və San Marino Regionlar Kubokunda həvəskar milli komanda ilə təmsil olunacaqlar.

UEFA Regionlar Kubokunda ən aşağı əmsala malik 8 ölkə – Malta, Şimali Makedoniya, İsveç, Belarus, Azərbaycan, Qazaxıstan, Estoniya və Gürcüstan ilkin mərhələdə mübarizə aparacaqlar. Bu komandalar ev sahiblərinin püşkatmadan sonra müəyyənləşəcəyi 2 qrupa bölünəcəklər.

2 avqust 2020-ci ilədək yekunlaşacaq ilkin mərhələdə ilk 2 yeri tutan komandalar növbəti raundda digər 28 kollektivə qoşulacaqlar. Meydan sahibi Polşa da daxi olmaqla, 8 ən yüksək reytinqə malik komanda “A” səbətində yer alacaq. Növbəti 8 kollektiv “B”, 17-dən 24-dək olanalar “C”, Finlandiya, San-Marino, Sloveniya və Moldova isə “D” səbətində olacaq. İlkin mərhələdə A qrupunun qalibi “A”, ikincisi “B”, B qrupunun qalibi “C”, ikincisi isə “D” səbətinə düşəcək.

Püşkatma nəticəsində 32 komanda bərabər şəkildə 8 qrupa bölünəcək. Finlandiya, San Marino, Sloveniya və Moldova təmsilçiləri 5 – 8-ci qruplarda 4-cü yeri dolduracaqlar. UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Rusiya və Ukrayna komandaları eyni qrupa düşə bilməzlər.

Püşkdən sonra 13 dekabr 2020-ci ilə qədər keçiriləcək qrup oyunları üçün ev sahibləri təyin ediləcək. Qrup qalibləri 2021-ci il iyunun son iki həftəsində baş tutacaq final mərhələsinə vəsiqə qazanacaqlar.

İlkin mərhələ

Malta, Şimali Makedoniya, İsveç, Belarus, Azərbaycan, Qazaxıstan, Estoniya, Gürcüstan

Seçmə mərhələ

A səbəti: Türkiyə, Xorvatiya, İrlandiya, Polşa, Almaniya, Çexiya, İspaniya, Rusiya

B səbəti: Fransa, Portuqaliya, Ukrayna, Macarıstan, İtaliya, Slovakiya, Bolqarıstan, Şimali İrlandiya

C səbəti: Bosniya və Herseqovina, İsveçrə, Serbiya, İngiltərə, Litva, İsrail, Rumıniya, Uels

D səbəti: Finlandiya, San-Marino, Sloveniya, Moldova

Qeyd edək ki, 1966-cı ildə təsis olunan və 1999-cu ildən Regionlar Kuboku adı altında keçirilən yarışda son olaraq Azərbaycanı “Uğur” təmsil edib. Sumqayıt komandası qrupu xalsız başa vurub. (report.az)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO