İdman 15.08.2019 07:17

UEFA Superkubokunun qalibi məlum oldu - FOTO

Türkiyənin İstanbul şəhərində keçirilən futbol üzrə UEFA Superkubokunun qalibi məlum olub.

Rakus.az xəbər verir ki, “Vodafone Park”da İngiltərənin iki təmsilçisi – “Liverpul” və “Çelsi” komandaları üz-üzə gəlib.

Həm əsas, həm də əlavə vaxtda tərəflər hərəyə bir dəfə fərqləniblər. Penaltilər seriyasında isə “zadəganlar” sonuncu zərbədə büdrəyiblər. Nəticədə “Liverpul” 5:4 hesablı qələbə sayəsində mövsümə titulla başlayıb.

Xatırladaq ki, ötən mövsüm “Liverpul” İspaniyanın paytaxtı Madriddə keçirilmiş final matçında “Tottenhem”i 2:0 hesabı ilə yenərək, Çempionlar Liqasının qalibi olub. “Çelsi” isə Bakı Olimpiya Stadionunda təşkil olunmuş Avropa Liqasının həlledici qarşılaşmasında “Arsenal”ı darmadağın edib – 4:1.

Görüşü ilk dəfə qadın referi idarə edib. Fransalı Stefani Frappara həmyerlisi Manuela Nikolazi və irlandiyalı Mişel O Nil yan xətt hakimləri kimi yardımçı olub. Dördüncü hakim funksiyasını türkiyəli kişi referi Cüneyt Çakır yerinə yetirib.

Hollandiyalı jurnalist Anton Vitkampın müəllifi olduğu UEFA Superkuboku uğrunda matç 1972/1973 mövsümündən keçirilməyə başlayıb. Əvvəlki 43 qarşılaşmanın 23-dən Çempionlar Liqasını qazanmış komanda qalib ayrılıb. Superkuboka hamıdan çox – hərəyə 5 dəfə İspaniyanın “Barselona” və İtaliyanın “Milan” klubları sahib olub. Ölkələr siyahısında isə ən çox qalib adını İspaniya qazanıb – 15 dəfə.

Matç İngiltərə klublarının iştirakı ilə ilk Superkubok kimi tarixə düşüb. “Dumanlı Albion” təmsilçilərindən son olaraq, “Liverpul” 2005-ci ildə bu kuboka yiyələnib. Artıq “qırmızılar”ın ümumilikdə 4, “zadəganlar”da isə 1 belə titulu var.

14 avqust

UEFA Super Kuboku

23:00. “Liverpul” (İngiltərə) – “Çelsi” (İngiltərə) – 2:2 (ƏLAVƏ VAXT – 1:1, penaltilərlə – 5:4)

Qollar: Sadio Mane, 48;

95 – Olivye Jiru, 36. Jorjinyo, 101

Hakimlər: Stefani Frappar (Fransa), Manuela Nikolazi (Fransa), Mişel O Nil (İrlandiya), Cüneyt Çakır (Türkiyə)

VAR hakimi: Kleman Türpen (Fransa)

“Vodafone Park”, İstanbul (Türkiyə).

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO