UEFA-ya üzv olan milli assosiasiyalar avrokuboklarda mümkün islahatlara qarşı çıxdı
UEFA-ya üzv olan 55 milli assosiasiya 2024-cü ildə avrokuboklarda baş verə biləcək islahatlara qarşı çıxıb.
Rakus.az xəbər verir ki, bu barədə Rusiya Premyer Liqasının prezidenti Sergey Pryadkin keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Peşəkar Futbol Liqaları Birliyi də mümkün islahatların əleyhinədir: “Bu, bizim üçün sərfəli deyil. UEFA prezidenti Alekander Çeferini yaxşı tanıyıram. Milli çempionatların çox vacib olduğunu başa düşür. Hazırkı sistem yaxşı işləyir”.
Xatırladaq ki, UEFA mayda avrokuboklarda 2024-cü ildən tətbiq edilməsi planlaşdırılan yeni layihəsini təqdim edib. Avropa futbol qurumu Çempionlar Liqasında oyun sayını artırmaq üçün 32 komandanın hər birində 8 kollektiv olmaqla 4 qrupa bölünməsini istəyir. Hazırda isə qrup mərhələsinin 32 iştirakçısı 8 qrupda mübarizə aparır. (report.az)