Ukraynanın səfirliyi konsulluq qəbulunu dayandırdı
Ukraynanın Azərbaycandakı səfirliyi müvəqqəti olaraq konsulluq xidmətini dayandırır.
Rakus.az xəbər verir ki, bu barədə Səfirliyin “Facebook” səhifəsində məlumat verilib.
“COVID-19 virusunun yayılması ilə əlaqədar olaraq, vətəndaşların Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyində konsulluq qəbulu müvəqqəti olaraq 24 aprel 2020-ci il tarixinə qədər dayandırılıb.
“Konsulluq mövzusunda müraciətləri Səfirliyin emb_az@mfa.gov.ua elektron ünvanına göndərməyiniz, məlumat üçün iş saatlarında (+994)124412706 (+994)124494095 telefon nömrələrinə zəng etməyiniz xahiş olunur.
Ukrayna vətəndaşlarının həyat və sağlamlıq təhlükəsi yarandığı halda, fövqəladə hallar zamanı Səfirliyin (+994)502557518 (+994) 502557505 qaynar xəttinə zəng etməyiniz və ya mesaj göndərməyiniz xahiş olunur”, – deyə Səfirlikdən bildirilib.