Ümumdünya Şahmat Olimpiadası davam edir
Dünya şahmat ictimaiyyətinin maraqla izlədiyi və ilk dəfə onlayn formatda keçirilən Ümumdünya Şahmat Olimpiadası maraqlı mübarizə şəraitində davam edir.
Rakus.az xəbər verir ki, olimpiada çərçivəsində artıq dördüncü divizionun oyunları da başa çatıb. Bu divizionun A qrupunda ən maraqlı mübarizə sonuncu turlarda Nepal, Honq-Konq və Myanma komandaları arasında gedib. Belə ki, Nepal millisinin 3-cü divizionda mübarizə aparmaq şansları olsa da, komanda sonda Honq-Konq yığmasına məğlub olaraq qrup oyunlarından kənarda qalıb. Baza divizionunun liderlərdən biri hesab olunan Myanma isə məhz Nepal yığmasına məğlub olduqdan və 8-ci turda da büdrədiikdən sonra 3-cü divizion üçün seçmə üçlük meydana gəlib: Honq-Konq, Tailand və Çin Taypeyi. Final mərhələsində Honq-Konq yığması Tailand şahmatçılarını üstələyərək qalib olub.
B qrupunda iki gündən sonra sabit oyunları ilə fərqlənən üç komanda – Suriya, Mozambik və Malta yığmaları artıq növbəti mərhələni özləri üçün təmin etmişdilər. Lakin az qala internet problemləri bu komandaların 3-cü diviziona yüksəlməsinə mane olacaqdı. Bütün bunlara baxmayaraq hər üç yığma mövqelərini qoruyub. Doqquzuncu tur finala çıxmaq baxımından həlledici olub. Üstünlüyü ələ alan Suriya qrup oyununu lider kimi başa vurub. Malta ikinci, Afrika komandası üçüncü olub.
Nigeriya və Livan C qrupunun açıq favoritləri olub. Lakin Mavritaniyaya məğlubiyyətdən sonra Livan komandasının şansları bir qədər azalsa da, Nigeriya ilə əsas oyunda bütün problemləri həll edib. Əslində, Nigeriya birinci yeri tutmaq üçün böyük imkanlara sahib idi. Lakin bu qrupda sensasiya olaraq Mavritaniya qalib olub. Livan ikinci, Nigeriya isə yalnız üçüncü olub. Hər üç komanda 3-cü divizionda diqqət mərkəzində olacaq.
D qrupunun ilk gününün oyunlarında fərqlənən Fələstin komandası sonrakı turlarda yaxşı oynamayıb. Əsas görüşdə Puerto-Rikoya məğlub olması ilə isə bütün şansları əldən verib. Bu görüşdə qalib gələn Puerto-Riko üçüncü olub, gün ərzində rəqiblərini rahatca məğlub edən komandalar, Anqola və Surinam isə ilk iki yerdə qərarlaşıblar.
Anqola, həmçinin son turda liderləri üçün istirahət günü təmin edib. 4-cü divizionda mütləq ən yaxşı nəticəyə imza atan Afrika komandasının bir çox favoritlərlə bərabər mübarizə aparması şansları var.
Nəhayət, E qrupunda favoritlərdən olan Yamayka komandası Trinidad və Tobaqo ilə əsas matçda məğlub olduqdan sonra, Hondurasdan ən azı bir xal almalı idi. Komanda qadın şahmatçılarının ustalığı sayəsində bu uğura nail olub. 8-ci turda bütün favoritlər rəqiblərini məğlub ediblər. Nikaraqua bütün komandaları üstələyərək qalib olub. Honduras və Yamayka ikinci və üçüncü yerləri tutublar.
Üçüncü divizionun oyunları avqustun 7-də start götürəcək. Bu mərhələdə dördüncü divizionda fərqlənən 15 komanda da daxil olmaqla 50 yığma mübarizə aparacaq.
Qeyd edək ki, turnirə ümumilikdə 163 komanda qatılıb. Olimpiadanın güclü komandalarından sayılan Azərbaycan yığması avqustun 21-də top divizionda mübarizəyə başlayacaq. Bu nüfuzlu yarışda ölkəmizi Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edirlər. Ehtiyat oyunçular siyahısına isə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımovdur.
Olimpiada avqustun 30-dək davam edəcək.