Siyasi 06.09.2023 18:00

UNESCO QAİ-nin xahişinə müsbət cavab verib

“UNESCO-nun Qərbi Azərbaycan İcmasına müsbət cavabı regionun tarixinin təhrif edilməməsi baxımından önəmli haldır”.

Rakus.az xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq Qərbi Azərbaycan İcmasının (QAİ) sözçüsü Ülviyyə Zülfiqar deyib.

Onun sözlərinə görə, Qərbi Azərbaycan İcması həm indiki Ermənistan ərazisindən çıxarılan soydaşlarımızın hüquqlarının bərpası, həm də burdakı irsimizlə bağlı ədalətin təmin olunması istiqamətində beynəlxalq miqyasda apardığı fəaliyyətini davam etdirir: “Bununla bağlı ötən gün UNESCO-dan İcmaya artıq ikinci rəsmi cavab gəlib. Daha əvvəl İcma Azərbaycan ictimaiyyətinin də bu quruma göndərmiş olduğu müraciəti təkrarlamaqla Ermənistana maddi irsimizlə bağlı faktaraşdırıcı missiyanın göndərilməsini tələb edən məktub ünvanlayaraq, həmçinin Qərbi Azərbaycanlıların maddi və qeyri-maddi mədəni irsi, o cümlədən elə 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınmış aşıq sənəti barədə məlumat verərək soydaşlarımıza qarşı törədilən insanlıq cinayətləri nəticəsində irsimizə dəyən zərər barədə narahatlığını ifadə etmişdi. Həmin məktuba da qurum tərəfindən müsbət cavab verilmişdi”.

“Bir əraziyə və ya bir millətə məxsus mədəni irsin dağıdılması bütün bəşəriyyətə zərər vurulması deməkdir, çünki bu halda bəşər tarixinin müəyyən bir kəsimi qərəzli şəkildə məhv edilir. Sözügedən hallar, yəni dünya maddi və qeyri – maddi mədəni irsinin qorunması birbaşa UNESCO-nun mandatına daxil olduğu üçün qurum indi də İcmaya cavab məktubu göndərərək, mədəni irsin qorunması sahəsində təşkilatımızın çağırışına uyğun olaraq müvafiq addımlar atacağını bildirib və potensialın gücləndirilməsi sahəsində dəstək göstərmək barədə İcmanın xahişinə müsbət cavab verib”, – o bildirib.

İcma sözçüsü əlavə edib ki, bu, həm soydaşlarımızın mədəni irsinin qorunması istiqamətində, həm də regionun tarixinin təhrif edilməməsi baxımından müsbət bir haldır: “İndiki Ermənistan ərazisində yüzlərlə məscid, onlarla karvansaray, qala, tarixi abidələrimiz, qayaüstü təsvirlərimiz, eləcə də beş yüzə yaxın məzarlığımız ya tamamilə dağıdılmış halda, ya da məhv olmaq üzrədir. Salamat qalan abidələrimiz də Göy Məscid kimi başqa ölkəyə məxsusmuş kimi təqdim edilməkdədir. Bu, insanlığa qarşı haqsızlıqdır, ədalətsizlikdir, cinayətdir. Dağıdılan Qərbi Azərbaycan abidələri təkcə bizə yox, həm də dünya irsinə məxsusdur, ona görə də bu abidələrə dünya miqyasında sahib çıxılmalı, yer üzündən tamamilə silinmələrinə imkan verilməməlidir”.

Ü.Zülfiqar vurğulayıb ki, Qərbi Azərbaycan İcması bütün istiqamətlərdə olduğu kimi irsimizə sahib çıxılması istiqamətində də fəaliyyətini davam etdirəcək, soydaşlarımızın öz ata-baba yurdlarına geri qayıtması və orda yaşaması üçün bütün mümkün siyasi və hüquqi vasitələrdən istifadə edəcəkdir.

XƏBƏR LENTİ
Gündəm / 06.09.2023 19:41
Ermənilərin kütləvi qırğınlar törətdiyi Zəngibasar mahalı - FOTO - VİDEO
Siyasi / 06.09.2023 18:00
UNESCO QAİ-nin xahişinə müsbət cavab verib
Siyasi / 06.09.2023 13:07
Ərazisi və əhalisi param-parça edilən mahal – ANONS - VİDEO
Gündəm, Mədəni / 05.09.2023 19:52
Tanınmış erməni ziyalıları Ermənistan hakimiyyətinə qarşı - FOTO - VİDEO
Dünya, Təhlil / 05.09.2023 15:23
Ərdoğanın cəhdi – Putinin qlobal aclığı gücləndirmək istəyi – TƏHLİL
Gündəm, Siyasi / 05.09.2023 13:07
Erməni ziyalıların “dövlət saxtakarlığı”na qarşı üsyanı – ANONS - VİDEO
Siyasi / 04.09.2023 20:05
“Bizim evimizdə ən qorxulu, vahiməli ifadə “köç” sözü idi” - VİDEO
Mədəni, Sosial / 02.09.2023 19:42
Nərimanlıda toy günü gəlini niyə suya salırdılar? - FOTO - VİDEO
Gündəm / 02.09.2023 12:24
Dörd dəfə qaçqınlıq yaşayan Nərimanlı kəndi – ANONS
Sosial / 01.09.2023 19:50
“Yoldaşımı və 3 uşağımı erməni əşyası ilə dəyişdilər…” - FOTO - VİDEO
Sosial / 01.09.2023 12:14
Erməni və ruslarla eyni kənddə yaşayan Novruz Rüstəmovun həyat hekayəsi – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 31.08.2023 19:39
Qərbi azərbaycanlılar Ermənistan vətəndaşı olacaqlarmı?
Dünya, Təhlil / 31.08.2023 12:20
Paşinyanın “həqiqət” çağırışı – uydurulan yalanın əsiri – ANONS - VİDEO
Dünya, Siyasi / 30.08.2023 19:40
Zəngəzurun 115 kəndi yer üzündən necə silinib? - FOTO - VİDEO
Dünya, Siyasi / 30.08.2023 14:02
Sovet Rusiyası Zəngəzuru niyə 2 yerə böldü? – ANONS
Sosial / 30.08.2023 11:13
“Şəhid və qazi ailələrinə dəstəyin göstərilməsi əsas vəzifədir” – Təmraz Tağıyev - FOTO
Mətbuat, Siyasi / 29.08.2023 19:53
Ermənilərlə azərbaycanlıların ziyarət etdikləri üç məzar: orada kimlər dəfn olunub? - FOTO - VİDEO
Mətbuat, Sosial / 29.08.2023 14:14
Erməni yazıçının şok etirafları – ANONS - VİDEO
Müsahibə, Mətbuat, Video müsahibə / 28.08.2023 20:00
Njde və Andranikin dəstələri azərbaycanlıları kluba yığıb diri-diri yandırmışdılar - FOTO - VİDEO
Müsahibə / 28.08.2023 12:46
“Ən böyük hədəfimiz Qərbi Azərbaycana qayıtmaqdır”- ANONS
Gündəm, İqtisadi, Video müsahibə / 26.08.2023 20:00
Ardanışda 4000 illik türk məzarlığında gizlədilənlər - FOTO - VİDEO
Hərbi / 26.08.2023 10:51
Əmir Teymur Ardanışda alban abidəsini niyə dağıdıb? – ANONS - VİDEO
Maraqlı, Sosial, Video müsahibə / 25.08.2023 19:50
“Basarkeçərdə ermənilər çörək dilənirdilər…” - FOTO - VİDEO
Sosial / 25.08.2023 13:24
“Göyçədə anamın yanında dəfn olunmaq istəyirəm…” – ANONS
Siyasi / 24.08.2023 19:39
Qərbi azərbaycanlıların qaçqın düşməsində SSRİ-nin rolu - FOTO - VİDEO
Siyasi / 24.08.2023 12:56
İrəvana təhlükəsiz qayıdışı nədən asılıdır? – Qərbi Azərbaycan Xronikası - VİDEO