Elm və təhsil 17.09.2025 23:36

“Erməniləri qorumaq üçün Rusiyanın müdaxilə imkanları yarandı” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Rusiya niyə ermənilərə “qarant” oldu?” adlı veriliş hazırlanıb.

Rakus.az xəbər verir ki, verilişdə Siyasi elmlər üzrə fəlsəfə doktoru, professor Türkiyənin, Erciyes Universitetində ermənişünaslıq bölümü başqanı, Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı Böyük Ermənistan xülyasının necə uydurulmasından, erməni ideologiyasının doğuluşu və doktrinaya çevrilməsindən danışıb.

O bildirib ki, Urartu dövləti ermənilərə aid deyil: “Urartu dili də, onun mədəniyyəti də Şimali Qafqaz xalqlarına aiddir. Urartu dövlətinin həqiqi sahibləri məhz onlardır”.

Mərkəz rəhbəri erməni üsyanları və terror fəaliyyətlərinin gizli tarixi, Tiqran Mets əfsanəsi və fars kökləri, Sasun, Zeytun və Van üsyanlarının pərdəarxası planları, ermənilərin terrorçu fəaliyyətləri və Avropaya çağırışları barədə fikirlərini açıqlayıb.

Erməniləri qorumaq üçün Rusiya tərəfdən müdaxilə imkanlarının yarandığını vurğulayan Q.Çaxmaqlı “Rusiya niyə ermənilərə “qarant” oldu, Urartu dilinin indiki inquş dili ilə eynidirmi və  erməni vətəni harada qurulmalıdır” suallarına da aydınlıq gətirib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş sentyabrın 17-də saat 19:30-da Baku TV-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Elm və təhsil, Siyasi / 17.09.2025 23:36
“Erməniləri qorumaq üçün Rusiyanın müdaxilə imkanları yarandı” - VİDEO
Siyasi / 17.09.2025 14:22
“Urartu dövləti ermənilərə aid deyil” – ANONS - VİDEO
Siyasi, Sosial / 16.09.2025 23:50
Aşağı Çəmbərək, Aşağı Şipirxan, Aşağı Şəhərcik, Aşağı Şorca – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 16.09.2025 18:29
“NATO nəzəri olaraq Rusiyaya qarşı hərəkətə keçə bilər” - VİDEO
Sosial / 16.09.2025 14:45
“Adı qədim xəritəyə yazılan məkan” – ANONS - VİDEO
Müsahibə / 16.09.2025 13:22
“Ermənistan rəhbərliyi səhvini düzəldir” – ANONS
Müsahibə / 15.09.2025 23:57
“Şəki kəndinin adı Sak tayfasının adı ilə bağlıdır” - VİDEO
Elm və təhsil / 15.09.2025 15:15
Sonbeşiyin yaratdığı sevinc – Pəricanın ilk məktəb günlüyü - FOTO
Mədəni / 13.09.2025 22:02
“Torpağa qayıdan xalq mətbəxini də geri gətirir” - VİDEO
Siyasi, Sosial / 12.09.2025 21:42
“Amağuya 20 maşın erməni saqqallıları dolmuşdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 12.09.2025 14:22
“İtmiş Vətən həsrəti” – Elmira Hüseynovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 11.09.2025 23:40
Azərbaycanlıların Qərbi Azərbaycana qayıdış hüququnun təmin edilməsi asanlaşdı - VİDEO
Siyasi / 11.09.2025 14:22
Paşinyanla rəqibləri dava edir – ANONS - VİDEO
Siyasi / 10.09.2025 23:35
“Böyük Ermənistan xülyası Hitlerlə ermənilərin gizli planı idi” - VİDEO
Siyasi / 10.09.2025 14:52
“Armenizm bəşəriyyət üçün bəladır” – ANONS - VİDEO
Siyasi, Sosial / 09.09.2025 23:35
Aşağı Türkmənli, Aşağı Xatınarx, Aşağı Xotanan, Aşağı Hunud, Aşağı Çanaxçı – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 09.09.2025 18:38
“Xankəndidə XİN binasının sökülməsi – torpaqlarımızda separatizmin izlərinin məhv edilməsi deməkdir” - VİDEO
Təhlil / 09.09.2025 16:45
Xamənei niyə Pezeşkianı himayəsinə alır? – TƏHLİL
Sosial / 09.09.2025 14:22
Adı Musagyuğ edilən türk məskəni – ANONS - VİDEO
Siyasi / 09.09.2025 13:18
“Paşinyan Rusiyanın təsirindən qurtulmağa çalışır” – ANONS
Müsahibə / 08.09.2025 23:54
“Ermənilərin iddia etdiyi Kilikiya Məlikliyini xristian türklər yaradıblar” - VİDEO
Mədəni / 06.09.2025 23:39
“İrəvan xanlığının 413 unudulmuş xörəyi süfrəmizə qayıtdı” - VİDEO
Siyasi, Sosial / 05.09.2025 22:36
“Boğazımdakı əti erməni həkim qışqırda-qışqırda kəsdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 05.09.2025 14:22
“Qoşabulaq suyundan doyunca içəcəm” – Alay Quliyevin “Həyat Hekayəsi” – ANONS - FOTO
Təhlil / 04.09.2025 22:29
Paşinyan azərbaycanlıların qayıdacağı “yeni Ermənistanı” qurmalıdır - VİDEO
Siyasi / 04.09.2025 14:36
Paşinyan İrəvanı təhvil verir? – ANONS - VİDEO