“Uşaq bağçaları mərhələlərlə fəaliyyətə başlayacaq” – Nazir
Sentyabrın 15-dən başlayaraq uşaq bağçaları mərhələlərlə fəaliyyətə başlayacaq. Uşaqların qidalanması və eyni otaqda yatması böyük yoluxma riski yaratdığına görə uşaq bağçalarının fəaliyyətinin yalnız “sarı” zonalarda bərpa olunacağı məqsədəuyğun hesab edilir.
Rakus.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı avqustun 27-də keçirilən brifinqdə deyib.
O bildirib ki, əktəbəhazırlıq qruplarında 120 min şagird oktyabrın 1-dən dərslərə başlayacaq: “Məktəbəhazırlıq qruplarında uşaqlar həftədə 6 saatlıq (həftədə 2 gün 3 saat olmaqla) tədris planı əsasında tədrisə cəlb OLUNACAQ. Məktəbəhazırlıq siniflərində şagird sayı nəzərə alınacaq”.
Onun sözlərinə görə, internat məktəbləri oktyabrın 1-dək mərhələli şəkildə açılacaq.