Maraqlı 20.02.2020 07:17

Uşaqlara bu qidaları verin – MƏSLƏHƏT

Məktəbəqədər və məktəb dövrü intensiv boy artımı, skeletin və əzələlərin böyüməsi ilə müşayiət olunan dövrdür. Orqanizmin inkişafı əsasən bu yaşlardan başlayır. Uşaqların düzgün qidalanması bu prosesdə böyük əhəmiyyət daşıyır.

Rakus.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin açıqladığı məlumatda bildirilib.

Bildirilib ki, normal yuxu və balanslaşdırılmış şəkildə qidalanma uşaqların inkişafına müsbət təsir göstərir. Günə səhər yeməyi ilə başlamaq ilkin şərtlərdən biridir. Bu dövrdə uşaq orqanizmində aktiv inkişaf gedir, ona görə uşaqların yaşına və orqanizmin tələbatına uyğun qida rejimi təşkil edilməsi tövsiyə olunur. Gündəlik qida menyusuna zülal, karbohidrat, yağ, vitamin, mineral olan qida məhsulları daxil edilməlidir. Qeyri-sağlam qidalanma uşaqlarda mədə, ürək-damar, hipertoniya və s. kimi bir sıra xəstəliklərin yaranmasına səbəb ola bilər. Səhər yeməyində süd və süd məhsulları, yumurta, bal, quru meyvə, çərəz, mövsümə uyğun təzə meyvə və tərəvəzlərin istehlakı məqsədəuyğun hesab edilir.

Qeyd olunub ki, yaxşı səhər yeməyi uşaqların fiziki inkişafını sürətləndirməklə yanaşı, qavrama qabiliyyətini artırır, yorğunluğu aradan qaldırır. Böyüməkdə olan uşaq orqanizminin kalsiuma və vitamin D-yə ehtiyacı daha çoxdur. Bu baxımdan süd, pendir, kəsmik kimi məhsulların qəbulu vacibdir. Süd və süd məhsulları sümüklərin, diş əzələsinin güclü olması üçün lazımlı kalsium, riboflavin və B 12 mənbəyi hesab edilir. Yumurta zülal mənbəyidir ki, uşaqların zehni inkişafına müsbət təsir göstərir, eləcə də dəmir, B qrupu vitaminləri və minerallarla zəngindir. Meyvə və tərəvəzlər A, E, C və B qrup vitaminləri həmçinin Ca, K, Mg mineralları ilə zəngindir.

Qida maddələrinin gündəlik qəbul edilməli miqdarı uşaqların yaş qrupundan asılı olaraq müxtəliflik təşkil edir. Qidaların normadan çox və normadan az qəbul edilməsi bir sıra fəsadlara gətirib çıxara bilər. Qidaların normadan az qəbul edilməsi böyümə və inkişafda geriləmə, infeksion xəstəliklərə həssaslıq ilə nəticələnir. Qidaların normadan çox qəbulu isə piylənməyə səbəb olur ki, bu da gələcəkdə hipertoniya, ürək-damar xəstəlikləri, diabet riskini artırır.

Səhər yeməyi ilə nahar fasiləsi arasında uşaqların qəlyanaltı qəbul etməsi məqbul hesab edilir. Qəlyanaltıya evdə hazırlanmış sendviçlər, meyvə və tərəvəzlər, lifli qidalar daxil edilsə yaxşı olar. Bu qəlyanaltıda “fastfood” qidalar, çipslər, paketlənmiş suxarilər, qazlı-şəkərli sular, energetik içkilər, yağlı və şəkərli un məmulatlarından  istifadə edilməməsi məsləhətdir. Belə ki, qeyd olunan qidaların kalorisi çox olsa da, qida dəyəri olduqca azdır və bunlar piylənmə, hipertoniya, mədə-bağırsaq xəstəlikləri, diş çürümələrinə səbəb ola bilər.  Bu qidaların hazırlanmasında müxtəlif rəngləndiricilər, dadlandırıcılar, aromatizatorlar və digər konservantlar istifadə edildiyindən uşaqlarda allergiya, hiperaktivlik, eyni zamanda diqqət dağınıqlığına səbəb ola bilər.

XƏBƏR LENTİ
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO