Gündəm 12.05.2020 19:55

ÜST-ün baş direktoru İlham Əliyevə məktub yazdı

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Rakus.az xəbər verir ki, məktubda Baş direktor COVID-19-a qarşı mübarizədə qabaqlayıcı tədbirlər həyata keçirdiyi üçün Azərbaycan Hökumətinin gördüyü işləri yüksək qiymətləndirib. Eyni zamanda, o, Azərbaycan Prezidentinin milli, regional və qlobal səviyyələrdə çoxtərəfli diplomatiyaya və həmrəyliyə dəstəyini nümunəvi adlandırıb və bunun Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş ardıcıl tədbirlər zamanı aydın şəkildə özünü büruzə verdiyini xüsusilə qeyd edib.

ÜST-nin Baş direktoru 2020-ci il aprelin 10-da Prezident İlham Əliyevin sədrliyi ilə COVID-19-la bağlı Türk Şurasının videokonfrans formatında keçirilmiş fövqəladə Zirvə görüşünün əməkdaşlığı daha da gücləndirdiyini və hər iki təşkilat arasında əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini bildirib.

Qoşulmama Hərəkatının videokonfrans formatında təşkil olunan Zirvə görüşünə toxunan T.Qebreyesus tədbirin çox uğurla keçirilməsinə görə Azərbaycan Prezidentini təbrik edib və bunu mükəmməl bir təşəbbüs adlandırıb. O, Azərbaycan Prezidentinin sədrliyi ilə keçirilmiş tədbirdə qəbul edilmiş yekun bəyannaməyə uyğun olaraq Hərəkata üzv dövlətlərin əsas ehtiyaclarını özündə ehtiva edən məlumat bazasının işlənib hazırlanması istiqamətində İşçi Qrupun yaradılmasının nəzərdə tutulduğunu bildirib və ÜST-nin İşçi Qrupun səylərini dəstəkləməyə hazır olduğunu qeyd edib.

Eyni zamanda, T.Qebreyesus COVID-19-un səbəb olduğu təhdidlərlə mübarizədə qlobal, regional və ölkə səviyyəsində ÜST-nin Azərbaycanla əməkdaşlığa hazır olduğunu bildirib.

Yekunda ÜST-nin Baş direktoru Azərbaycan Prezidentinə dərin hörmətini və ehtiramını çatdırıb.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO