Maraqlı 21.03.2019 17:49

Üz terapiyasi ilə gözəllik

Kosmetoloq yanında bu maskalara ən azı 30 manat lazımdır. Belə ki, üzü cavanlaşdıran terapiya və maskalar haqqında danışacağıq. 50 manatınızı cibinizə qoyub, bu terapiyanı evdə özünüz tətbiq edin. Eyni effekti görəcəksiniz. Bunun üçün özünüzə cəmi 1 saat vaxt ayırıb, vanna otağına keçin.
Evdə dəriyə qulluq üçün çox bahalı məhsullara ehtiyac yoxdur. Hər mətbəxdə olan vəsaitlərlə, nizamlı bir şəkildə addım-addım tətbiqləri izləməniz kifayətdir. Bir çox tərəvəzi, dərimizi gözəlləşdirmək və gəncləşdirmək məqsidilə istifadə edə bilərik. Hazırlanması çox asan olan bu maskaları tətbiq edərək hamar və sağlam bir dəriyə qovuşa bilərsiniz.
Dəri baxımı üçün əvvəlcə ehtiyacınız olanlar, saçlarınız üzünüzə düşməsin deyə bir saç bantı, kağız dəsmal, spirt, gündüz kremi, makiyaj təmizləmə pambığı və nəmləndirici süd. Maskalar dərinin qidalanmsını və təravətli olmasını, üzün gəncləşməsini, qan dövranının sürətlənərək oksigenin dəri altı toxumalarına çatmasını təmin edir.

Necə Tətbiq olunur?

İki tip maska var: biri gil, digəri isə kaolindir. Bu torpaqlar maskalardan plomb maddəsi kimi istifadə edilir. Əmici bir torpaq olan gil ayaq pudrası və quru şampun kimi də faydalıdır. Mayonez və ya krem ​​qatılığında hazırlanan maskalar üzə çəkildikdən sonra ən az 15-20 dəqiqə kürək üstü uzanıb gözlənilməlidir. Daha sonra ilıq su ilə və ya dərinin cinsinə uyğun bitki mənşəli bir losyonla üz yuyulur. Dəri qurudursa, üz qurudulduqdan sonra uyğun krem ​​çəkilir. Dərisi yağlı olanların üzlərinə 1-2 saat heç bir şey çəkməməsi daha doğru olar. Dəriyə nüfuz edə bilməsi üçün bəzi gözəllik maskalarını üzə barmaq ucları ilə yüngül masaj edərək yeridilməsi lazımdır. Ümumi qayda olaraq, maskalar göz qapaqlarına və göz altlarına qətiyyən çəkilmir. Kremlərdə, südlərdə, losyonlarda olduğu kimi, maskalar da tək-üzə deyil, boyuna da tətbiq olunmalıdır. Maskanı, təmizlənmiş dəriyə tətbiq etməyi unutmayın.

Təbii maskalar

Heç olmasa həftədə bir günü özünüzə ayırın. Həm istirahət edin, həm də gözəlləşin. Telefonu çıxarın. Ən sevdiyiniz mahnını dinləyin. Divanda uzanıb başınızdakı bütün düşüncələri silib özünüzü musiqinin ritminə buraxın. Siz rahat olduqca və içinizdəki stressi atdıqca dəriniz də rahat nəfəs almağa başlayacaq. Dəriniz artıq qidalanmağa hazırdır. Mətbəxə gedin və soyuducunun qapağını açın. Dəri tipinizə uyğun, ya da dəri problemlərinizə çarə olacaq vəsaiti alıb maskanı hazırlayın.
Təbii maskalar, dərini nəmləndirir, təzələyir və qırışları aradan qaldırır. Ehtiva etdikləri maddələrə görə dəridəki funksiyaları da dəyişir. Bəziləri yağlı dərilərə, bəziləri quru dərilərə nəm qazandırır. Lakin dəri tipinizə uyğun olmayan maskalar dəriyə zərər verə bilər. Məsələn; quru dəriniz varsa, limon və qreyfrut kimi sitrus bitkiləridən uzaq durmaqda fayda var. Xüsusilə çirkli hava, sərt küləklər və siqaret tüstüsünə məruz qalan dəriyə maska ​​tətbiq etmək çox faydalıdır. Maskanı dərinizin vəziyyətinə görə həftədə 1 və ya 15 gündən 1 tətbiq edə bilərsiniz.
Meyvə, tərəvəz və yumurta kimi qidalardan ibarət maskaları evdə hazırlamaq həm çox asandır, həm də çox vaxt almır, üstəlik sərfəlidir.

Maskanı necə çəkməli? 

Əvvəl dəri tipinizi seçin. Dərinizə uyğun meyvə və ya tərəvəzi seçin. Yarpaqlı tərəvəzləri qaynar suda 3 dəqiqə gözlədib süzün. Soyuduqdan sonra dərinizin üzərinə yerləşdirin. Digər tərəvəzləri pürə halına gətirin. Axmayacaq konsistensiyaya gəldikdən sonra maska hazır olur. Maskanı sürtmədən əvvəl dərinizi təmizləyin. Bunun üçün bir parça pambığa təmizləmə südünü töküb əvvəl bütün dərinizi təmizləyin, sonra ilıq suyla yuyub dəsmal ilə qurulayın.
Maskanı göz və dodaq ətrafı xaric bütün üz və boyunuza qalın bir təbəqə halında çəkin. Bir yerə uzanıb başınızdakı düşüncələri boşaldın. Maskanı təmizləmək üçün ilıq suya batırılmış pambıqla dərinizi silib yuyun və dəsmal ilə qurulayın.

1. Yumurta Maskası: İki ovuc buğdanı, iki stəkan suda əzin. İki yumurta sarısı və bir şorba qaşığı badam yağı qoyun. Üzə çəkin və qurumasını gözləyin. Quruduqdan sonra yuyun və gülsuyu ilə silin.

Təsiri: Qırmızı ləkələri və sızanaqları təmizləyir. Səhər və axşam olmaqla gündə iki dəfə tətbiq edin. Bu maska ​​şampun kimi istifadə edilə bilər, saçların parlamasını təmin edər.

2. Çiyələk Maskası: Bir ovuc təzə çiyələk əzilib, un ilə qarışdırılır. Bir ədəd yumurta sarısı ilə iki yemək qaşığı qatıq çırpılır, krem ​​halına gətirilir.

Təsiri: Quru dərilər üçün qidalandırıcı təsiri olan bu maska ​​20 dəqiqə dəridə qaldıqdan sonra ilıq su ilə yuyulur. Çiyələk maskası xüsusilə gözaltlarındakı qırışların azalmasında mühüm rol oynayır.

3. Qara Nöqtələr üçün Maskası: Bu maska ​​üçün yalnız limon suyu və qatıq lazımdır. Əvvəl bir kasa qatığa bir limonun suyunu qarışdırın. Qarışığı gözlərinizə dəyməyəcək şəkildə üzünüzə sürtün və 15 dəqiqə gözləyin. Limon suyu dərini dezinfeksiya edər, sızanaqları qurudar və qara nöqtələrin itməsinə köməkçi olar. Qatıq isə dərini qidalandırır, nəmləndirər və yağ miqdarını tarazlayar. Bu maskanı həftədə bir dəfə tətbiq edə bilərsiniz.

4. Sızanaq Maskası: Sızanaq maskası üçün səkkiz ədəd gül kələm yarpağını, iki qaşıq zeytunyağı ilə mikserdən keçirmək kifayətdir. Hazırladığınız qarışığı, sızanaqlı bölgəyə çəkin. 10 dəqiqə gözlədikdən sonra, üzünüzü ilıq su ilə təmizləyin. Gül kələm yarpaqlarının təmizləyici xüsusiyyəti var. Bu maskanı üzünüzə həftədə bir ya da iki dəfə tətbiq edə bilərsiniz.

5. Nəmləndirici Maska: (Yumurta sarısı, süd). Bir qabda yumurta sarısı və bir qaşıq südü qarışdırın. Bu qarışığı üzünüzə yayın, üzərini incə bir tənziflə örtərək 15 dəqiqə gözləyin. Sonra kağız dəsmalla silərək təmizləyin. Daha sonra sırasıyla ilıq və soyuq suyla üzünüzü yuyun. Quru və nəmsiz bir dəriniz varsa, bu maska ​​sizin üçün əla vasitədir. İçində olan yumurta sarısı dərini qidalandırır, süd nəmləndirib sıxışdıracaq və dəriyə yumşaqlıq verəcək. Həftədə bir dəfə tətbiq etmək kifayətdir.
Xoşa gələn atmosfer – Üzə və bədənə qulluq seansı, gözəl atmosfer olarsa, daha çox effekt göstərər. Vanna otağı-bunun üçün ən məqsədə uyğun atmosferdir. Məsəl üçün vanna otağınızda aroma şamlar yandırın. Sizi sakitləşdirən və zövq verən bir musiqi qurun. Prosedurlar arası biraz ara verib, meyvəli çay için. Prosedur zamanı lazım olan şeyləri yanınzda qoyun. rukus.az

XƏBƏR LENTİ
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO