İdman 05.05.2020 17:34

V İslam Həmrəyliyi Oyunları nə zaman keçiriləcək?

İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) İcraiyyə Komitəsinin və 2021-ci ildə Türkiyədə keçiriləcək V İslam Həmrəyliyi Oyunlarının Əlaqələndirmə Komitəsinin birgə videokonfransı keçirilib.

Rakus.az xəbər verir ki, bu barədə toplantıda iştirak edən Milli Məclisin deputatı, İHİF İcraiyyə Komitəsinin və V İslam Həmrəyliyi Oyunları Əlaqələndirmə Komissiyasının üzvü Könül Nurullayeva məlumat verib.

K.Nurullayeva bildirib ki, hazırda dünya koronavirus pandemiyasına qarşı ciddi müqavimət göstərməklə həyata davam etməyə çalışır. Pandemiya səbəbindən bütün dünyada yerli və beynəlxalq konfranslar, görüşlər, seminarlar onlayn şəkildə həyata keçirilir. Videokonfransda bir sıra nüfuzlu şəxslər, o cümlədən İHİF-in prezidenti şahzadə Əbdüləziz bin Türki əl-Faysal, Türkiyənin Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu, eləcə də Milli Olimpiya komitələrinin (MOK) prezidentləri, İHİF İcraiyyə Komitəsinin və Əlaqələndirmə Komissiyasının üzvləri iştirak ediblər. Konfransda 2021-ci ildə Konyada keçirilməsi planlaşdırılan V İslam Həmrəyliyi Oyunlarının tarixinin koronavirus pandemiyası səbəbindən dəyişdirilməsi ilə bağlı məsələ müzakirə olunub və bu barədə müxtəlif təkliflər səsləndirilib. Videokonfrans iştirakçıları tərəfindən yarışların gələn il keçiriləcək “Tokio-2020” Yay Olimpiya və Paralimpiya Oyunlarından sonra təşkil edilməsi təklifi bəyənilib.

İHİF İcraiyyə Komitəsinin üzvü Könül Nurullayeva çıxışında koronavirus pandemiyasının beynəlxalq idman yarışlarının, həmçinin İslam Həmrəyliyi Oyunlarının təqviminə təsirindən danışıb. O, yarışların vaxtının dəyişdirilməsi ilə bağlı fikirlərini səsləndirib.

Toplantının sonunda V İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinə yeni təkiflər hazırlayaraq İHİF İcraiyyə Komitəsinin müzakirəsinə təqdim etmək tövsiyə olunub.

Xatırladaq ki, sonuncu İslamiada – IV İslam Həmrəyliyi Oyunları 2017-ci il mayın 12-dən 22-dək Bakıda keçirilib. İslam Həmrəyliyi Oyunları dörd ildən bir təşkil edilir.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO