“Vahid Çin siyasəti”nin dəstəklənməsi Azərbaycanın üzərinə hansı öhdəlikləri qoyur? - FOTO - VİDEO

Aprelin 23-də AzTV-nin “Hədəf” proqramında Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri ilə bağlı müzakirə aparılıb.
Rakus.az xəbər verir ki, aparıcı Elnar Məmmədlinin qonaqları Milli Məclisin deputatları Rizvan Nəbiyev, Aydın Hüseynov və politoloq Sahil İsgəndərli olub.
Onlar Azərbaycan ilə Çin arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın, Şanxay Əməkdaşlıq Təşkilatının əsas hədəfləri, Azərbaycanın təşkilatdakı hüquqi statusunun artırılmasının nələr vəd etməsi, Birgə Bəyanatda yer almış Çin-Avropa-Çin transxəzər ekspress-marşrutlarının yardaılması ikitərəfli əməkdaşlığın və marşrut boyu yerləşən ölkələrlə əlaqələrin inkişafına hansı töhfələr verəcəyi və digər suallara aydınlıq gətiriblər.
Bildirilib ki, tərəflər xalqlarının seçdiyi və milli şərtlərə uyğun olan inkişaf yolunu seçməkdə bir-birini möhkəm dəstəkləyir: “Vahid Çin siyasəti”nin dəstəklənməsi Azərbaycanın üzərinə mühüm öhdəliklər qoyur. Bu məsələlərdə Çin və Azərbaycan ekspertlərinin fikri üst-üstə düşür”.
Ətraflı videoda:



