Vasif Talıbov kadrları dəyişir
Naxçıvan Muxtar Respublikasının Ədliyyə nazirinin müavini vəzifəsindən azad olunub.
Rakus.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərəncam imzalayıb.
Sərəncamla Emin Hüseyn oğlu Səfərov Naxçıvan Muxtar Respublikası Ədliyyə nazirinin müavini vəzifəsindən azad edilib.
E.Səfərov 2016-cı ildən bu vəzifədə çalışırdı.
Aprelin 27-də Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri Suliddin Əliyev də işdən çıxarılıb. Onun yerinə isə Daşqın Hidayət oğlu Rəhimov təyinat alıb.
Bundan başqa, V.Talıbov Naxçıvan Muxtar Respublikasında yeni yaradılan Dövlət Sığorta Xidmətinə direktor müavini təyin edib. O, bu vəzifəyə Musa Tofiq oğlu Əliyevi “Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsin direktorunun müavini təyin edilib.
Xatırladaq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 22-də imzaladığı fərmanla “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxs yaradılıb. (Report)