Velosipedçilərimiz 6 lisenziya qazandı
Ukraynanın paytaxtı Kiyevdə Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı “Horizon Park Classic” yarışı keçirilib.
Rakus.az xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasından verilən məlumata görə, birgünlük veloturda Azərbaycanın Elit yığmasının 2 üzvü – Ukraynanın və Belarusun “Lviv” və “Minsk” kontinental klublarının velosipedçiləri Elçin Əsədov və Samir Cəbrayılov da mübarizə aparıb.
Təmsilçilərimiz 112 km məsafəni 2 saat, 37 dəqiqə, 23 saniyəyə qət etməklə müvafiq olaraq 8-ci və 10-cu nəticə göstəriblər.
Bununla da həm Elçin, həm də Samir ölkəmizin reytinqinə Tokio-2020 Yay Olimpiya Oyunları üçün hərəyə 3 lisenziya xalı qazandırıblar.
Xatırladaq ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabr ayının 22-dək davam edəcək.