“Real TV”, “APA”, “İctimai TV” və “Veteranlar” növbəti mərhələdə - FOTO

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi, eləcə də Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə sentyabrın 27-dən noyabrın 8-dək təşkil olunan şəhid jurnalistlərin xatirəsinə həvəskar komandalardan ibarət 4-cü Ənənəvi Minifutbol Turnirində üçüncü turun oyunları keçirilib.
Rakus.az xəbər verir ki, oktyabrın 11-də saat 22:00-da B qrupu üzrə “İctimai TV” və “Vətən” görüşüb. Matç 4:3 hesabı ilə televiziyaçıların xeyrinə tamamlanıb.
Bakı Tennis Akademiyası
11 Oktyabr
III tur – B qrupu
22:00 “İctimai TV” – “Vətən” – 4:3
Qollar: Elmir Məlikov 2, Teymur Mikayılov, Samir Əlizadə.
Azər Hüseynov 2, Ayxan Abbasov
Sarı kart – Elmir Məlikov (“İctimai TV”)
Bu, nəticə ilə B qrupunda “İctimai TV” birinci, “Veteranlar” ikinci yeri tutaraq növbəti mərhələyə adlamağı bacarıb. “Vətən” isə turnirlə vidalaşan komanda olub.
xxx
Günün 2-ci qarşılaşması saat 23:00-da A qrupu üzrə keçirilib. “Real Tv” ilə “APA” qarşılaşıb. Bu oyun televiziya təmsilçilərinin qələbəsi ilə bitib – 10:2
Bakı Tennis Akademiyası
11 Oktyabr
III tur – A qrupu
23:00 “Real TV” – “APA” – 10:2
Qollar: Əhməd Mahmudov 3, Elçin Yusibov 3, Bəkir Osmanov 2, Ağalar Ağalarov, Turqan Əliyev,
Rasim Sultanzadə, Ulucay Məmmədov
Saat 22:00-da və 23:00-da başlayan oyunları AFFA-nın hakimləri İmran Məhərrəmov və Kənan Məlikov idarə ediblər.
Bu nəticə ilə A qrupunda növbəti mərhələyə “Real TV” qrupu birinci, “APA” ikinci olaraq çıxıb. “Baku WS” isə qrupda üçüncü yeri tutaraq turniri tərk edib.



