Gündəm 05.02.2020 11:29

Vilayət Eyvazov Səudiyyə Ərəbistanı səfiri ilə görüşdü

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Səudiyyə Ərəbistanı Krallığının Azərbaycanda olan fövqəladə və səlahiyyətli səfiri Həməd Abdulla Xudeyri qəbul edib. 

Rakus.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, nazir Səudiyyə Ərəbistanı Krallığının  beynəlxalq təşkilatlarda hər zaman Azərbaycanı dəstəklədiyini məmnunluqla qeyd edərək dövlətlərimizin  rəhbərləri arasında olan şəxsi dostluq münasibətlərinin, qarşılıqlı səfərlərin, yüksək səviyyədə imzalanmış sənədlərin əməkdaşlığın daha da dərinləşməsinə təkan verdiyini, xüsusən son illər bu əlaqələrin dinamik şəkildə inkişaf etdiyini bildirib.

Daha sonra qonağa mövcud kriminogen durum, daxili işlər orqanlarında həyata keçirilən islahatlar, sabitlik və əmin amanlığın qorunub saxlanılması üçün görülən işlər barədə qısa məlumat verilib.

Azərbaycan Respublikasınin və Səudiyyə Ərəbistanı Krallığının daxili işlər orqanları arasındakı  əlaqələrə toxunan nazir Vilayət Eyvazov bu əməkdaşlığın 2018-ci il fevralın 19-da imzalanmış “Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol” və  Beynəlxalq Kriminal Polis Təşkilatı (İNTERPOL) çərçivəsində həyata keçirildiyini diqqətə çatdırıb.

Həməd Abdulla Xudeyr səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edib, diplomatik fəaliyyəti dövründə paytaxt Bakı da daxil olmaqla ölkəmizin bütün bölgələrində hökm sürən stabillik, əmin amanlıq şəraitindən məmnun olduğunu deyib. Məhz təhlükəsizlik və sabitlik faktorlarının, ən müasir tələblərə cavab verən yeni infrastrukturların və xidmət sahələrinin yaradılması hesabına Azərbaycanın əcnəbilər üçün cəlbedici dövlətə çevrildiyini, nəticədə Səudiyyə Ərəbistanı Krallığından gələn turistlərin sayının ilbəil artdığını vurğulayan səfir bu işdə ölkə rəhbərliyinin və hüquq mühafizə, o cümlədən daxili işlər orqanlarının danılmaz rolu olduğunu diqqətə çatdırıb, bundan sonrakı fəaliyyəti dövründə də əlaqələrimizin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Səmimilik və işgüzar şəraitdə keçən görüşdə təhlükəsizlik sahəsində əlaqələrin mövcud vəziyyəti, prioritet istiqamətləri barədə faydalı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO