İqtisadi 12.02.2020 11:29

“Visa Cashless Forum” işə başladı - VİDEO

Bu gün Bakıda “Visa” beynəlxalq kart təşkilatının, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB), “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin, İqtisadi İslahatların Təhlili və Komunikasiya Mərkəzinin dəstəyi ilə “Visa Cashless Forum” işə başlayıb.

Rakus.az xəbər verir ki, “Report”un media tərəfdaşı olduğu, Azərbaycanda və Qafqazda ilk dəfə keçirilən forumun mövzusu “Driving the Future” yəni “gələcəyə hərəkət”dir.

Tədbiri giriş sözü ilə Visa”nın Qafqaz üzrə regional meneceri Kristina Doroş açıb.

O, foruma dəstək verən bütün tərəfdaşlara təşəkkür edib və “Visa”nın “Facebook” səhifəsi vasitəsilə minlərlə insanın bu tədbiri izlədiyini deyib.

“Biz Qafqazda ilk “Visa Cashless Forum”u Azərbaycanda keçirməyə çox şadıq və bununla fəxr edirik. “Visa” olaraq sahə iştirakçılarının açıq dialoq aparmasının əhəmiyyətini başa düşürük. Bu forum da tərəfdaşlarımızla birgə fəaliyyət göstərəcəyimiz, bilik və təcrübə mübadiləsi aparacağımız, yeni texnologiyaları və istehlak meyllərini müzakirə edəcəyimiz, sahənin və bütövlükdə ölkə iqtisadiyyatının xeyri naminə nağdsız ödənişlərin və innovasiyaların daha da inkişafı üçün birgə fəaliyyətimizin mühüm istiqamətlərini təyin edəcəyimiz birləşdirici platforma olacaq”, – K.Doroş bildirib.

“Visa”nın MDB və Cənub-Şərqi Avropa regionunda başlıca tədbiri olan “Visa Cashless Forum” rəqəmli ödənişlər ekspertlərinin, bank, maliyyə, ticarət, xidmətlər kimi sahələrin nümayəndələrinin iştirakı ilə nağdsız ödənişlərin və ödənişlər sahəsindəki innovasiyaların daha geniş tətbiqilə bağlı məsələlərin müzakirə olunduğu platformadır. İlk dəfə 2017-ci ildə Ukraynada keçirilən forum sonrakı dövrdə Qazaxıstanda, Serbiyada, Belarusda uğurla təşkil olunub. Bakıda keçiriləcək forumun gündəmindəki başlıca mövzular müasir ödənişlər sistemini yaradan amillər, onların sahibkarlığa və istehlakçılara təsiri, o cümlədən innovasiyalı ödəniş variantları, rəqəmli çevrilmə, smart ölkə, hissiyatlı bankçılıqla müasir müştərilər, bank sektorunun gələcəyi: ənənəvi və yeni banklar, rəqəmli bankçılığın müxtəlif inkişaf yolları, nağdsız ödənişləri təşviq edən tənzimləmədir.

Forum çərçivəsində panellər, müzakirələr, təşviq nitqləri, əməli təkliflərin təqdimatları keçiriləcək. İştirakçılar arasında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) sədrinin birinci müavini Alim Quliyev, İqtisadi İslahatların Təhlili və Komunikasiyalar Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Azərbaycan Rəqəmli Ticarət Habının rəhbəri Nicat Əsədli, ABA-nın prezidenti Zakir Nuriyev, ABB-nin İH sədrinin müavini Elmir Həbibullayev, “PAŞA Bank”ın baş əməliyyat direktoru Cəlal Orucov, “Unibank” ASC-nin İH-nin sədri Faiq Hüseynov, “Bank Respublika” ASC-nin İH sədrinin müavini Elnur Həsənov, “Kapital Bank”ın Marketinq departamentinin direktoru Samir Məmmədov, həmçinin şirkətin müxtəlif bölmələrinin rəhbərləri, xarici ölkələrdən ekspertləri var.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS