WADA beşillik planını açıqladı
Ümumdünya Antidopinq Agentliyi (WADA) 2020-2024-cü illər üçün strateji iş planını açıqlayıb.
Rakus.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Plan WADA-nın İcraiyyə Komitəsi tərəfindən mayın 15-də razılaşdırıldıqdan sonra yekdilliklə agentliyin Təsisçilər Şurası tərəfindən təsdiq edilib.
WADA-nın prezidenti Vitold Banka planda göstərilən strateji prioritetlərin idmançılar tərəfindən müəyyən edildiyini və qurumun növbəti beş il ərzində keçəcəyi yolu müəyyənləşdirdiyini qeyd edib.
WADA planında altı prioritet – problemlərin həlli üçün nümunə göstərmək, potensialın artırılması və antidopinq təşkilatları arasında bilik mübadiləsi yolu ilə antidopinq proqramlarının genişləndirilməsi, idmançıların antidopinq siyasətinin hazırlanmasında iştirakı, antidopinq işində iştirak edən hər kəslə qarşılıqlı əlaqə və əməkdaşlıq, maarifləndirmə, işin keyfiyyətinin yaxşılaşdırılması və iqtisadi səmərəliliyin optimallaşdırılması yer alır.